"Lill” klubunun rəhbərliyi baş məşqçi Marselo Belsanı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, Fransa klubunun "Twitter” səhifəsində məlumat verilib.
Klub rəhbərliyinin bu addımı atmasının səbəbi açıqlanmayıb.
Daha öncə Fransa mətbuatında Belsanın "Lill”in baş məşqçi postundan gedəcəyi haqda məlumat yayılmışdı.
Qeyd edək ki, "Lill” komandası 14 turdan sonra birinci Liqada 19 -cu pillədə qərarlaşıb.
Fanat.Az