11:08 28.12.2017 2655

Peşəkar futbola həvəskarların rəhbərlik etdiyi məmləkət

Tahir Süleymanov

Dünya futbolunda müxtəlif liqalar var. Çempionlar Liqası, Avroliqa, La liqa, Liqa 1, Bundesliqa...

Azərbaycanın da öz yeni liqası var artıq.

10 ildir ki, müftə milyonları xərcləyərək Sumqayıtdan o tərəfə keçməyənlərin yadına regionlarımız düşüb. Yazda düşünüb, yayda istirahət edib, payızda qapı-qapı düşüb qışda tələm-tələsik startı verilən çempionata Regional Liqa deyilir. Həvəskar futbol düşüncəsindən o yana keçə bilməyən başbilən həvəskarlar Bloxin, Dasayev, Belanov, Qazzayev, Çivadzelərə qarşı peşəkar futbol oynamışları bölgələrimizə qapı döyməyə göndərmişdilər. Qapılar döyüldükdən sonra baş həvəskarın qapısı da döyülərək hesabat verildi. Yeri gəlmişkən, hesabatı İcraiyyə Komitəsinin üzvlərinə verirlər. Nə isə...Həvəskar futbol düşüncəsinin öz "qanun"ları var...

Başladı nə başladı...Komandaların geyimlərində qapıçı AFFA emblemində, digər futbolçular loqosuz, oyunlardan videoçəkilişlər yox... Azərbaycan futbolunun inkişafına cavabdehlərin əsl həvəskar düşüncəsi, əsl həvəskar komandaları...

Eddi İsrafilova milyonlar xərcləyib "şokolad" doğmaları ilə şəkillər çəkdiriləndə Sabirabad, Kürdəmir, Qusar, Ağdaş, Neftçala, Mingəçevir və digər şəhər, rayonlarımız yada düşmürdü...

Heç indi də yada düşmür. Peşəkar futbola həvəskarların rəhbərlik edildiyi məmləkətdə həvəskar futbolu qaldırmağa o qədər peşəkarlar var ki...

Son illər Bakıda stadionlarla yanaşı çox nəhəng göydələnlər tikilib. Federasiyanın 5 mərtəbəli binasından ətraf görünmür. Ağ Şəhərin tozunun altında qalıb. AFFA-nı paytaxtın ən uca binalarının birinin son mərtəbəsində yerləşdirmək lazımdır. "Obrazavonski" futbol məmurlarımızın onsuz da bölgələrə alergiyası var. Onlara İsveçrə "davay". Heç olmasa pəncərədən, eyvandan rayonlarımızı görərlər...

İki tur oynanılıb. Nə tez?! Texniki məğlubiyyətlə Regional Liqa "istirahətə" yollanır. Dünya futbolunda analoqu olmayan iki turdan sonra iki aylıq fasilə...

Almaniyada regional liqalar çox məşhurdu. Qış yuxusundan sonra Lipperti də Regional Liqasına cəlb etmək lazımdır. Aylıq maaşının 1/3 qədər mükafat çəkisi olmayan liqada rayonlarımızı gəzib dolaşsın. Onsuz da millilərdə baş verən dəyişikliklərdən sonra dürtməyə yer axtarılır...

Bölgələrdə futbolun dirçəlməsi mütləqdir. Daha belə yox. Heç olmasa abırınızı, həyanızı qoruyun...

Futbol BOS-da baxdığınız "Çelsi", "Atletiko", "Roma" oyunlarıdı. Federasiya, futbola cavabdehlər o səviyyəni dərk etməli, düşünməlidir.

Həvəskar futbolla məşğul olan rəsmi qurumlar var. Birtəhər Regional Liqasını təşkil etməklə özünüzü həvəskar səviyyədə görürsünüzsə, düşün mərtəbələrdən aşağı...

Özünüz də dərk etmədən özünüzə verdiyiniz həqiqi qiymətə görə təşəkkürlər!
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

10:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:45

Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

09:23

ÇL: "Sabah" Finlandiya çempionu ilə qarşılaşır

09:00

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

03:37

"Neftçi" - "Dinamo" oyununa neçə bilet satıldığı açıqlandı

03:10

"Qarabağ"ın rəqibi bərabərliklə başladı

20 İyul 2026
23:58

"Qarabağ" və "Turan Tovuz"un işi çətinləşdi

23:29

Portuqaliya nəhəngindən İngiltərə klubuna 50 milyonluq şərt

23:17

"Liverpul"dan müdafiəyə sürpriz həmlə

22:39

Premyer Liqada 10 milyonluq transfer

22:15

"Braqa"nın hücumçusunu rənglərinə bağladılar

Facebookdan bizi izləməyi unutmayın.
X