Rusiyada yaşayan azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını "Rostov"da davam etdirəcək.
Bu barədə sport-express.ru məlumat yayıb. Məlumata görə, Ayaz "Rostov"la anlaşıb. Moskva "Spartak"ına məxsus olan futbolçu bu klubda icvrə əsasında çıxış edəcək.
Qeyd edək ki, Ayaz bir neçə gün əvvəl "Anji"dən ayrılıb. Onun milli komandamızda çıxışı gözlənilir. Yığmanın baş məşqçisi Qurban Qurbanov gənc futbolçunun milliyə cəlb oluna biləcəyini bildirmişdi.
Fanat.Az