
"Neftçi” rəhbərliyi məşqçilərə və futbolçulara mətbuatla ünsiyyəti qadağan edib.
Fanat.Az xəbər verir ki, yasaq 11 fevral tarixinə qədər qüvvədə qalacaq. Klub idarəçiləri bu addımı komandanı əlavə təsirlərdən qorumaq, psixoloji problemlərdən qurtulmaq üçün atıb. Fevralın 11-də "ağ-qaralar”ın Premyer Liqa matçına çıxacağını bildirək. Həmin tarixdə bakılılar "Kəpəz”lə üz-üzə gələcək.
Fanat.Az