“Neftçi” PFK-nın Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran” klubu ilə keçirəcəyi oyundan bir gün öncə hər iki komandanın üzvləri Naxçıvan şəhərində mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib. Mərasimdə “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla komandanın Naxçıvan şəhərinə ezam olunmuş bütün üzvləri iştirak edib. Ziyarətə PFL prezidenti Ramin Musayev və adı çəkilən qurumun nümayəndələri, eləcə də “Xəzər Lənkəran” klubunun rəhbərliyi və futbolçuları da qatılıblar. Futbolçular abidənin önünə əklil qoyublar. Ziyarətin sonunda hər iki komanda birgə xatirə şəkli çəkdirib.
Fanat.az