16:57 23.06.2018 6642

Səni kim zəhərlədi, Messi?

Etibar Cəbrayıloğlu

Ölmədik, bu günü də gördük. Futbol üzrə Dünya Çempionatı düz qapımızın ağzınacan gəldi. Çempionatın canlı yayımlanan oyunlarına baxdıqca bəzən mənə elə gəlir ki, Qusar tərəfdən sərhəd məntəqəsini adlayan kimi dünya futbol ulduzları ilə rastlaşa biləcəyəm. Messi, Ronaldo, Modriç, Qrizman, Marselo, İnyesta, Ramos, Məsut Özil, Məhəmməd Salah, Koutinyo, Qomes... kimi nəhənglərlə görüşüb selfi çəkdirmək, kolbasa çörək yemək, qara tum çırtlamaq, lətifə danışmaq olacaq.

Ömründə bircə dəfə futbola düz-əməlli baxmayıb şərh verən, palaz-palaz yazılar uyduran bəzi həmkarlarımın məqalələrindən öyrənmişəm ki, Messi maraqlı həmsöhbətdir. Dünyanı heyran qoyan bu argentinalı balası ilə problemsiz ünsiyyət qurmaq olur, ulduz futbolçu özünü çox sadə aparır. Öz aramızdı, sadə aparmayıb nə edəcək ki? Minnəti olsun Messinin, görüşəndə döyməyəcəkdim-söyməyəcəkdim... Keyfini-əhvalını soruşacaqdım, Elza Seyidcahanın poetik düşüncələri barədə danışacaqdım, Əli Mirəliyevin, Zay Zaurun aparıcılıq qabiliyyətindən bir-iki kəlmə deyəcəkdim, ürəyimi boşaldacaqdım.
Amma və lakin alınmadı. Nə sərhədi o yana addayıb qonşu Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatına gedəsi oldum, nə də Messi, Ronaldo, Qrizman, Salah kimi ulduz oyunçularla tum çırtlaya bildim. Ustad jurnalist Azər Həsrətin "Hakimiyyəti dəyişə bilmirsənsə özünü dəyiş" dördcildliyinin ikinci cildinin 765-ci səhifəsində necə yazılmışdı-Sən saydığını say, gör FİFA nə sayır...

Çoxlarının çempion kimi görmək istədiyi Argentina çəpərimizin o tərəfində keçirilən Dünya Çempionatında biabır oldu. Əri döyən arvadı it də qapdı bir yandan. Əfsanəvi Maradonanın həmyerliləri İslandiya millisi ilə oyunda xal itirdi, sonra da Xorvatiya Argentinanın daşını daş üstə qoymadı. Müğənni olduğu deyilən Afaq Aslanın soyunmağı heç belə müsibət olmamışdı...

Messinin Rusiyada içdiyi "Yesentuki" suyu futbol akademiki üçün zəhərə döndü. Zəhər demişkən, argentinalı ulduz barədə yeni iddia ortaya atılıb. Adının çəkilməsini istəməyən şərurlu Cəfərin yaydığı xəbərə görə, Messi zəhərlənib. Daha doğrusu, Rusiyaya gələnə qədər meydançalarda sözün əsl mənasında möcüzələr yaradan futbolçunu zəhərləyiblər.

Bilirəm, çoxları yayılan bu söz-söhbətə inanmayacaq, deyəcək ki, Messi Yevlaxda, İmişlidə, Tərtərdə pambıq yığır ki, zəhərlənsin? Ona qalsa, elə mən də bilirəm ki, Messi ömründə bircə saat Yevlaxda pambıq yığmayıb, yuxusunda belə İmişlidəki pambıq sahəsinin yanından ötməyib. Amma və lakin adının çəkilməsini istəməyən şərurlu Cəfər and-aman edir ki, Messini zəhərləyiblər. Özü də bizim pambıqçıların yolunu xəstəxanalıq edən dərmanla. Deyir, Messi ola, rəqib qapılarına tərəf düz-əməlli zərbə də vura bilməyə? Deməli, argentinalı ulduz futbolçunu yevlaxlı pambıqçı kimi kimlərsə zəhərləyiblər. Bu iddianı araşdırmaq mənim işim deyil. Rusiyada bu işə görə kim maaş alırsa, gecəsini gündüzünə qatıb araşdırsın. İndi qarışıq zəmanədir. Heç kim pulsuz-parasız çalışmaq istəmir.

Ustad jurnalist Azər Həsrət "Qıratım altımda, qrantım cibimdə" beşcildliyinin üçüncü cildinin 876-cı səhfəsində yazır-Dünyada təsadüfi heç nə olmur! Mən Əməkdarın bu fikri ilə tam razıyam. Bütün planetin başını qatan Rusiyadakı Dünya Çempionatı ilə bizim bəzi rayonlarda pambıqçıların kütləvi zəhərlənməsinin bir bağlılığı var yəqin. Bizdə bir çox klubların başını pambıqla kəsməyiblər? İndi bəzi həmkarlarım AFFA-nı, PFL-i yeri gəldi-gəlmədi tənqid etməyi özünə həyat tərzi seçib.

Guya AFFA regionlarda futbolu qəsdən məhv edir, guya PFL rayon klublarına mane olur, daha nə bilim nə... AFFA lap düz edir, PFL-in əlinin içindən gəlir. Futbolumuzun cavabdeh şəxsləri Yevlaxda, İmişlidə, Tərtərdə dünən bu işə şərait yaratsaydılar bu gün həmin rayonlarda stadionlara çıxan hər bir gənc futbolçu zəhərlənəcəkdi, lap Messiyə oxşayacaqdı.

Futbolçularımızın Messiyə oxşamasını kim istəyir?

Mənbə: adalet.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

Facebookdan bizi izləməyi unutmayın.
X