Ukrayna Premyer Liqasının X turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya” səfərdə "Olimpik"lə (Donetsk) qarşılaşıb. Oyun qonaqların 3:2 hesabl qələbəsi ilə yekunlaşıb.
Pavel Paşayev start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 19-a yüksəldən "Aleksandriya” 3-cü pillədəki yerini qoruyub.
Fanat.Az