12:16 06.03.2019 1638

“Azərbaycanda mənimlə daha 2 klub maraqlanırdı”

"Səbail"in bu qış heyətinə qatdığı hücumçu Oke Akpoveta klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- 2011-ci ildən bu yana karyeranız Skandinaviya klubları ilə bağlı olub. Orada uzun müddət çıxış etməyiniz nə ilə bağlıdır?
- Peşəkar karyerama Nigeriyada başladım. Hələ gənc ikən Norveçə getdim. "Lil Strong” klubuna baxışa dəvət etdilər. Baxışda oldum və bir neçə gün məq etdim. Sonra agentim Danimarkanın "Brondbü” klubuna gətirdi, bir müddət məşqlər keçdim və 4 illik müqavilə bağladım. Lakin müqavilə imzaladıqdan 3 həftə sonra zədələndim. Müalicədən sonra əsas komandaya qayıtmaq çətin oldu. Klubla qarşılıqlı razılığa gələrək müqaviləmi pozdum. Ondan sonra mənə "Rəvan”dan təklif gəldi, 5 aydan çox orada oynadım. Öz üzərimdə çox çalışırdım. "Rəvan”dan sonra mənə bəzi klublardan təkliflər gəlsə də –bunların arasında "İnter (Bakı)”, "Xəzər Lənkəran”, "Neftçi” klubları da var idi – mən və agentim düşündük ki, digər Avropa klublarının təkliflərinə baxaq. 22 yaşım var idi və Danimarkanın 2-ci liqasında oynayan "Bronsoy” klubu ilə ilyarımlıq müqavilə imzaladım. Bir il orada oynadım və bombardir oldum. Sonra "Linqbi” komandasına keçdim. Əvvəlcə işlərim çox yaxşı gedirdi, amma sonra oynamaq şansım az olduğundan agentimlə belə qərara gəldik ki, icarə əsasında İsveçin "Frej” klubuna keçim. "Frej”də karyeramın bəlkə də ən yaxşı dövrünü keçirdim. Liqanın bombardiri oldum. 13 oyunda 12 qol, 7 qol ötürməsi… "Linqbi” ilə müqaviləm bitdi və azad oyunçu olaraq, "Dalkurt” klubuna keçdim. "Dalkurt”la 2,5 illlik müqavilə bağladım. Lakin 5 ay burada oynadıqdan sonra "Elfsborq” mənimlə maraqlandı və 5 günlük baxışa dəvət etdi. 3 günlük baxışdan sonra məşqçi heyəti məni çox bəyəndiklərini, transfer üçün nə lazımsa, edəcəklərini bildirdilər. "Dalkurt”un istəyəcəyi məbləği də ödəyəcəklərini dedilər. Beləliklə, "Elfsborq”a keçdim. Bu klubla 2 illik muqavilə imzaladım, burada da bombardir oldum. 1 il oynadıqdan sonra "Eksilstuna” komandasına qoşuldum. "Eksilstuna” ilə 2 illik muqavilə imzaladım. "Eksilstuna”da 4-5 oyun sonra qol vurdum, lakin bəzi zədələrim oldu. Həmin vaxt komandada olan başqa bir oyunçu həqiqətən çox yaxşı formada idi və mən yalnız 20-25 dəqiqə oynamaq şansı qazanırdım. Buna görə məşqçi ilə söhbət etdim və mənə gələn təklifləri dəyərləndirməyə başladım. Uzun müddət Skandinaviyada olduqdan sonra həyatımda yeni bir cığır açmaq istəyirdim. Norveçdən, Cənubi Afrikadan təklifimlərim var idi. Lakin Azərbaycana yenidən qayıtmaq istədim. Cünki buranı çox gözəl tanıyırdım. Azərbaycanda mənimlə daha iki klub maraqlanırdı. Lakin "Səbail”i seçdim. Çünki yeni yaranan klubdur, turnir cədvəlində mövqeyi yaxsıdır və bilirəm ki, burada məqsəd var. Kluba gələndən sonra düzgün qərar verdiyimə əmin oldum. Var gücümlə çalışacağam ki, klub öz hədəflərinə çatsın.

- Azərbaycanda çıxış etmişdiniz. 2014-cü ildə 11 oyunda meydana çıxdığınız "Rəvan”dakı 6 aylıq dönəmi necə xatırlayırsınız?
- "Rəvan”a gəldiyim vaxt, demək olar ki, komandanın aparıcı oyunçularından biri idim. Orada da məni çox yaxşı qarşıladılar. 6 ay – oynadığım müddət mənimçün çox yaxşı təcrübə oldu. Məşqçilər və oyunçular mənə güvənirdilər. Futbolda elə anlar olur ki, kədərlənirsən. Lakin həmin 6 ay mənim üçün çox yaxçı təcrübə oldu.

- Yenidən Azərbaycan klubunda çıxış etmək təklifi gələndə ilk olaraq nə düşündünüz?
- Agentim soruşdu ki, belə bir variant var, sən Azərbaycana, Bakıya yenidən getmək istərdinmi? Düşünmədən razılıq verdim. Çünki Bakını çox yaxşı tanıyıram. Bilirsiniz ki, ailəliyəm, iki övladım var. Bu şəhərə də yaxşı bələd idilər. "Səbail” klubu ilə bağlı təbii ki, mən də başqa futbolçular kimi araşdırma apardım, "Keşlə” ilə oyuna baxdım və ilk oyunda komandamız qalib gəldi. Komandamıza inanıram. Böyük məqsədlərimiz var. Hazırda Avropa Liqasına getmək şansımız mövcuddur. Komanda yoldaşlarımla birlikdə Avropa Liqası təcrübəsini yaşamaq istərdim.

- Çempionatımızda hansı dəyişikliklər diqqətinizi çəkdi? "Bayıl Arena” çoxmu dəyişib?
- Məncə, çempionat daha da inkişaf edib. "Bayıl Arena” ilə bağlı bir fərqi qeyd etmək istərdim ki, "Rəvan”da oynadığım dövrdə burada baza yox idi. Amma indi yeni və çox gözəl, hər cür şəraiti olan bazamız var. Bu da, komanda üçün çox müsbət bir haldır.

- Yeni klubunuzda ab-hava, təəssüratlarınız necədi?
- "Səbail”də əhval-ruhiyyə, komandadakı atmosfer çox müsbətdir, pozitivdir. Oyunçular məni çox yaxşı qarşıladılar. Komandaya yavaş-yavaş uyğunlaşmaqdayam. Burada ilk oyunum "Sabah”a qarşı oldu. 3 aydan sonra bu mənim ilk rəsmi oyunum idi və uğurlu start oldu – biz qalib gəldik. Bir komanda olaraq xarakterimizi, qələbəyə inamımızı göstərdik, istədiyimiz 3 xalı qazandıq. "Neftçi” ilə qarşılaşma isə çox inanılmaz oldu. Müdafiəilərimiz çox yaxşı oynadılar. Çox xoşbəxtəm ki, liderə qalib gəldik və gücümüzü göstərə bildik.

- "Səbail”ə tam uyğunlaşmağınız üçün nə qədər zamana ehtiyac var?
- Peşəkar futbolçu üçün uyğunlaşmaq asan olur. Bunun üçün mənə 1-2 ay vaxt lazım deyil. Peşəkar futbolçu klub üçün var gücünü ortaya qoymalıdır. Düşünürəm ki, futbolçu öz işinə peşəkarcasına yanaşmalıdır ki, uyğunlaşma qısa zamanda alınsın. Komanda ilə təlim-məşq toplanışı keçməməyim mənim üçün problem deyil. Cünki eyni vaxtda sabiq komandamla toplanışda olmuşam.

- Sizcə, "Səbail”in potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verirmi?
- Futbolda hər şey mümkündür. Hazırda turnir cədvəlində 3-cü yerdəyik. 1 və 2-ci yerdə olan komandalarla xal fərqimiz 8, 4-cü yerdə olan komanda ilə isə 6 xaldır. Hər bir oyunçumuza inanıram. Hədəflərimiz var, buna görə mübarizə aparırıq. Mövsümün sonunda hədəflərimizə catmaq üçün heç nə əsirgəmirik. İlin sonunda Avropa Liqasına vəsiqə qazanan komandalardan birinin "Səbail”ə olması üçün nə qədər gücümüz varsa, sərf edirik.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

Facebookdan bizi izləməyi unutmayın.
X