09:44 16.04.2019 2156

“Neftçi”dən ayrılacaq 4 futbolçu müəyyənləşdi

"Neftçi” yay transfer planlarını cızır. Neçə vaxtdı bir neçə futbolçunun adı bakılılarla yanaşı çəkilir, hər ötən gün yeni namizədlər ortaya çıxır. Həm yerli, həm də əcnəbi oyunçularla bağlı ciddi informasiyalar var.

Tutacağı yerdən asılı olmayaraq, komandanın heyətdə islahat aparılacaq. Çünki avrokuboklarda uğurlu iştirak üçün daha yaxşı futbolçulara ehtiyac var, sponsorlar da rəhbərliyə bu imkanı yaratmağın əleyhinə deyil.

4 futbolçunun yayda komanda ilə vidalaşacağını indidən demək olar. Qoran Paratski ümidi doğrultmur, onun yaşı da müqavilənin davam etdirilməsi üçün əlverişli deyil. Bu səbəbdən 32 yaşlı xorvat ölkəmizdə son mövsümünü keçirir.

Petru Rakunun gedəcəyi isə elə debüt oyununda bəlli oldu. Cəmi 1 matça çıxan və komandaya yaramadığını 10-15 dəqiqəyə sübut edən moldovalı müdafiəçi də vətəninə qayıdacaq. Bu oyunçunun da 32 yaşı var və ümumiyyətlə, niyə transfer edildiyi azarkeşlər üçün sual olaraq qalır. Elvin Sərkərovun icarəyə verilməsindən sonra tələsik alınan arxa xətt oyunçusu Roberto Bordinin güvənmədiyi futbolçulardandı.

"Neftçi” 2 yerli futbolçunu da yola salacaq. Rəhman Hacıyev heç cür heyətə düşə bilmir və özünə yeni iş yeri axtarır. Yarımmüdafiəçi ilə bir neçə komanda, əsasən "Sumqayıt” maraqlanır. 2 klub bu futbolçunun Aleksey İsayevlə dəyişdirilməsi məsələsində ortaq məxrəcə gələ bilər. Bakılılar İsayevi düşərgəsinə cəlb etmək arzusundadı və Rəhman barter üçün sumqayıtlıların arzuladığı simadı.

Bordinin şans cermədiyi Məhəmməd Mirzəbəyovun gedəcəyi yer isə bəllidi. Cinah müdafiəçisi heyətdəki yerini çoxdan itirib və gənclərlə rəqabəti uduzur. Onun qışda "Sabah”a gedən Rəşad Eyyubovun arxasınca yollanacağı gözlənilir. Debütant milliləşdirilmiş oyunçunun xidmətində maraqlıdı, futbolçu da ilkin razılıq verib. Qalır mövsümün bitimini gözləmək və anlaşmanı rəsmiləşdirmək.

"Neftçi”dən göndərilənlərin sayı daha çox ola bilər. Bu, daha çox italiyalı baş məşqçinin taleyindən asılıdı. Bakılılar nəticələr üzündən Bordinlə müqaviləyə vaxtından əvvəl xitam versə, birbaşa çalışdırıcının istəyi ilə transfer olunan daha bir neçə oyunçu göndərilə bilər. Hələliksə 4 nəfərin gələn mövsüm "ağ-qara” forma geyməyəcəyi dəqiqdi. 

Mənbə: futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:00

MPL: "Sabah"dan 3-cü qol - YENİLƏNİR

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

Facebookdan bizi izləməyi unutmayın.
X