MMA döyüşçüsü Aleksandr Yemelyanenko instaqram hesaında izləyicilərindən birinin onu duelə çağırdığını özündə əks etdirən video paylaşıb.
Fanat.Az xəbər verir ki, xanım fanatı Yemelyanenkonun sevimli "здрасьте-здрасьте" ifadəsindən istifadə edərək ona müraciət edib:
"Здрасьте-здрасьте", Aleksandr Vladimirovç. Çağırışa qoşuluram və sizi döyüşə çağırıram. Çəkinməyin, sizi incitməyəcəm".
Rus idmançı cavabında qeyd edib: "Niyə hamı məni döymək istəyir?"
38 yaşlı Yemelyanenko MMA-da keçirdiyi 37 döyüşün 29-dan (21 nokaut) qalib ayrılıb.
Fanat.Az