15:25 13.05.2020 1137

Mariya Stadnik: \"Dünya çempionluğunu qazananda ən zəif formamda idim\"

Azərbaycanın qadın güləşi üzrə əslən ukraynalı ikiqat dünya və yeddiqat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Mariya Stadnikin müsahibəsi

- Yəqin ki, Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərovin dünyasını dəyişməsindən xəbərdarsınız. Bu itki barədə nə deyə bilərsiniz?
- Nə deyə bilərəm?! Allah rəhmət eləsin. Başqa heç nə deyə bilmərəm.

- Onunla da birlikdə işləmisiniz. Necə baş məşqçi idi?
- Bununla bağlı heç nə danışmaq istəmirəm. Bizim onunla elə də yaxşı münasibətimiz yox idi. Sadəcə...

- Çox tələbkar idi?
- Öz səbəblərim var. Artıq bu barədə danışmaq istəməzdim. Qoy, nur içində yatsın. Bu qədər.



- Karantin dövründə nə işlə məşğul olursunuz, mövcud şərtlər altında necə məşq edirsiniz?
- Əsasən evdə hazırlaşıram. Qaçır, turnikdə müxtəlif hərəkətləri yerinə yetirirəm. Fiziki məşqlər edirəm. İdman zallarına getmək imkanım yoxdur. Bu şəkildə fiziki formamı qorumağa çalışıram.

- Koronavirus pandemiyasına görə karantin elan olunanda Azərbaycanda, yoxsa Ukraynada idiniz?
- Ukraynada idim. Həmin vaxt yerli güləşçilərin Kiyevdə təlim-məşq toplanışı keçirilirdi. Budapeştdəki Avropa Təsnifat Turnirinə hazırlaşırdıq.

- Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması idman formanıza necə təsir edəcək?
- Əlbəttə, bu, bir çox idmançıya ciddi təsir göstərəcək. Prinsipcə, bu təsir hər kəs üçün təxminən eyni olacaq. Çünki əksəriyyət normal məşq edə bilmir. Yaş baxımından kimlər üçünsə çətin olacaq. Gənc idmançıların isə qarşıda hələ vaxtları olacaq. Kimisi üçün mənfi, kimisi üçün müsbət tərəfləri var. Nəsə baş verirsə, deməli, belə olmalıdır. Əsas sağlamlıqdır. Bu olmadan idman, olimpiada barədə düşünməyə dəyməz. Hazırda əsas vəzifəmiz özümüzü qorumaqdır ki, yaxınlarımız, doğmalarımız da sağlam qalsınlar.

- Qeyd etdiniz ki, hazırkı vəziyyət kimlər üçünsə çətin olacaq. Sizin də yaşınız az deyil. Bu amil hansısa problem yarada bilər?
- Mən peşəkar güləşçiyəm. Bu baxımdan mənim üçün hansısa çətinlik problem deyil. Vəziyyətdən çıxmağa öyrəşmişəm. 50-60 yaşım yoxdur ki, hər hansı problem olsun. Hələ gücüm var. Ona görə də hazırkı durum mənim kimi idmançılar üçün problem deyil. 32 yaş heç nədir.

- Bəs nə vaxt pik formanızda olmusunuz: 2019-cu il dünya çempionatındamı?
- Dünya çempionluğunu qazananda ən zəif formamda idim. Olimpiadaya da yaxşı hazırlaşmaq alınmadı. Bu mənada Oyunların təxirə salınması xeyirimə oldu. Bu, mənə daha yaxşı hazırlaşmağa imkan verəcək.



- Nur-Sultanda qalib gələndə yaxşı formada deyildiniz?
- Xeyr, yaxşı formada deyildim. Çempionat ərəfəsində sonuncu toplanışda məşqçilər və komanda üzvləri də gördülər ki, özümü yaxşı hiss etmirəm. Buna baxmayaraq, toparlandım və yaxşı çıxış etdim.

- Bilirsinizmi ki, gələn il olimpiadada qızıl medal qazansanız, olimpiya "qızıl"ı əldə edən ən yaxşı qadın güləşçi olacaqsınız?
- (Gülür). Bilmirəm. Xəbərim yoix idi.

- Həmçinin xəbəriniz varmı ki, bu mənada yaponiyalı güləşçi Kaori İtyonu geridə qoya bilərsiniz?
- Doğrudan?

- Bəli, Dünya Güləş Birliyinin rəsmi saytı yazıb ki, 4 qat olimpiya və 10 qat dünya çempionu Kaori İtyo Rio-2016 Yay Olimpiya Oyunlarında 32 yaş 4 ay, 3 günündə ikən 58 kq çəki dərəcəsində qızıl medal qazanıb...
- Maraqlıdır (gülür).

- Bunun öhdəsindən gələ biləcəksiniz?
- Yaşayarıq, görərik. Allah eləsin, Olimpiya Oyunları gələn il baş tutsun. Oxumuşam ki, olimpiada ləğv oluna da bilər. İlin sonunadək koronavirusla bağlı vəziyyətin düzələcəyinə ümid edək. Çünki Tokio olimpiadası keçirilməsə, heç nə alınmayacaq.



- Qadın güləşçilərdən kimi özünüzə əsas rəqib sayırsınız?
- Yəqin ki, yaponiyalıları. Çünki onlarla görüşlərim hər zaman çətin keçir və alınmır. Mənim üçün münasib rəqiblər deyillər. Amma onlardan başqa da güclü güləşçilər var.

- Bakıya nə vaxt qayıtmağı düşünürsünüz, yoxsa Ukraynada qalıb məşq edəcəksiniz?
- Hələlik Ukraynadayam. Çünki karantin dövrüdür, uşaqlarımın yanında qalmalıyam. Prinsipcə, yarışlara həmişə Ukraynada hazırlaşmışam.

Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

Facebookdan bizi izləməyi unutmayın.
X