23:25 17.09.2020 1243

Fatih Terim: "Neftçi"yə yenilmək sürpriz olardı"

"Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
- Oyuna nəzarət bizdə oldu. Xüsusən də, ilk yarıda yaxşı başlanğıc etdik. Erkən qol və üstün oyun səbəbindən arxayınlıq yarana bilərdi. Çünki həftəsonu çempionat oyunumuz var. Xeyli qol epizodumuz oldu. Futbolçularımdan məmnun qaldım.
 
- Bu gün gözlənilən "11-lik" olmadı. Bu nə ilə bağlı idi?
- 3 dəyişiklik haqqımız var. 4 nəfərə də istirahət verdik. Bəzilərinin oynamasına ehtiyac var idi. 6-7 futbolçumuz nisbətən istirahət etmiş oldu. Bu gün doğru rotasiya oldu. Digər oyunçuların da nə qədər hazır olduğunu gördük. Əsas odur ki, evə qələbə ilə yollanırıq və heç kim ağır zədə almadı. Bu dəyişikliklər tez-tez olacaq. Sabah tezdən İstanbula çatacağıq. İki məşqdən sonra bazar günü oyuna çıxacağıq. Bu üzdən dəyişikliklərə ehtiyacımız var.
 
- "Neftçi" barədə nə deyə bilərsiniz?
- "Neftçi" yaxşı komandadır. Bizə yüksək tempdə cavab verdilər. Bizim onlardan daha yaxşı olmağımız normal haldır. Bu gün yenilmək sürpriz olardı. "Neftçi"yə uğurlar arzulayıram.
 
- Azərbaycanın qonaqpərvərliyi və baş məşqçi kimi 500-cü oyununuz barədə nə deyə bilərsiniz?
- Azərbaycana təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim candaşımız, qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda da 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi.
 
- 1:0-dan sonra tempi saldınız. "Neftçi"nin qolu sizi oyatdı?
- Bəli, ikinci hissənin əvvəlində standart vəziyyətdən buraxdığımız qol bizi oyada bilər. 1:0 davam etsəydi, bəlkə belə olmazdı. Bu uzun yolda qələbə qazanmaq ilk hədəfimiz. Bu gün də məqsədimiz qələbə qazanmaq idi. Bəzən qol komandanı yuxudan oyada bilər. İkinci qolu tez vurmağımız da oyunun qırılmasına səbəb oldu.
 
- "Neftçi"nin bir neçə oyunçusunu bəyəndiyinizi demişdiniz. Bu gün onlara kimisə əlavə edə bilərsiniz?
- Bu gün öz komandama konsentrasiya olmuşdum. "Neftçi"dən kimisə görməyə halım yox idi.
 
- Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olub bəyənilməyib. Onu hansı xüsusiyyətinə görə bəyənmisiniz?
- Biz onu bəyəndik, belə şeylər olur. Gənc oyunçular üçün erkən qərar verməmək lazımdır. Çünki qısa müddətdə inkişaf edə bilər. İnşallah, daha yaxşı olacaq.
 
- 3-cü təsnifat mərhələsində rəqibiniz "Hayduk" olacaq. Rəqib barədə nə düşünürsünüz?
- Onların bugünkü matçını izlədim. Digər rəqibdən daha yaxşı idi. Tarixi bir klubdur. Dünya futbolunda yeri olan bir ölkənin komandasıdır. Diqqət etməliyik. Pandemiya dönəmində hər şey ola bilər. Bizim ilk hədəfimiz qrupa vəsiqə qazanmaqdır. Sonda bizə göstərilən qardaş münasibətə görə hər kəsə təşəkkür edirəm.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

Facebookdan bizi izləməyi unutmayın.
X