09:40 25.09.2020 1501

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

"Lazım olanı etdik və növbəti mərhələyə vəsiqə qazandıq. Hərdən istədiyimiz kimi oynayırdıq. Amma elə məqamlar da oldu ki, onların üzərində işləməliyik". 

Bunu Polşanın "Legiya" komandasının baş məşqçisi Çeslav Mixneviç Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, bu görüşə hazırlıq üçün vaxtları az olub. O, pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri görüşədək daha çox çalışmalı olduqlarını vurğulayıb: "Qol vəziyyətləri yarada bilsək də, sayları az oldu. Mənə oyun dinamikası və quruculuğunda, həmçinin top itirdikdən sonra daha çox hərəkətlilik lazımdır. Qarşılaşmanı 3 kamera ilə çəkmişik, ona görə də analiz üçün materialımız var. Bu görüşün hərtərəfli incələyəcəyik".

Mixneviç pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunun hazırlıqlarına sentyabrın 26-dan başlayacaqlarını söyləyib. O, Azərbaycan təmsilçisi barədə hazır materialın bazar günü əllərində olacağını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsi uğrunda mübarizə imkanı qazanmaq üçün çalışacağıq".  

Polşa Futbol İttifaqı Avropa Liqasının pley-off mərhələsinə yüksəlmiş "Legiya" və "Lex" komandalarının həftəsonu ölkə çempionatında müvafiq olaraq, "Şlyonsk" və "Poqon" komandalarına qarşı keçirəcəkləri oyunları təxirə salıb. Bu addım avrokubok matçlarına daha yaxşı hazırlaşmaq üçün atılıb. Mixneviç qərardan yalnız "Drita" ilə oyunun ardından xəbər tutduğunu bildirib: "Güman edirdim ki, bu gün bir heyətlə oynayacaq və "Şlyonsk"la matçda çoxlu dəyişiklik edəcəyik. Çempionat oyunumuzun təxirə salındığını avrokubok oyunumuzdan əvvəl bilmirdim, yalnız indi xəbər tutdum. Sözsüz ki, "Qarabağ"la matçadək vaxtımız olacaq və bu müddətdən maksimum yararlanmaq istəyirik. Nəticə ya bütün yanlışlıqlarımızın aradan qalxdığını, ya da nəyinsə səhv olduğunu göstərəcək. Amma ümid edək ki, hər şey yaxşı olacaq".

Qarşıdakı həftə üçün dəqiq plana malik olduqlarını deyən baş məşqçi paralel çalışdığı Polşanın U-21 yığmasına namizəd futbolçulara ümid etməyəcəyini diqqətə çatdırıb. O, gənclərdən gələcəkdə yararlanmaq niyyətini ifadə edib.   

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.(report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
13:44

Dünya Seriyası:Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

18:47

Zaman Zamanlı "Zaqatala"da

18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

13:32

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

Facebookdan bizi izləməyi unutmayın.
X