İsveç yığmasının baş məşqçisi Yanne Andersson koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
Ötən həftənin sonundan karantində olan 58 yaşlı mütəxəssis Danimarka millisi ilə yoxlama oyununda komandasına rəhbərlik edə bilməyib.
Qeyd edək ki, Danimarka millisi İsveç yığması ilə oyunda 2:0 hesabı ilə qalib gəlib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol