UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasında koronavirus aşkarlanıb.
Fanat.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millinin futbolçularından biri virusa yoluxub. Adı açıqlanmayan oyunçu dərhal karantinə alınıb və o, komandasının qarşıdakı matçlarını buraxmalı olacaq.
Qeyd edək ki, bundan əvvəl müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviçin cəza səbəbindən Azərbaycana qarşı oynamayacağı bildirilib.
Noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Monteneqro yığması qrupun son oyununda 3 gün sonra Kipri qəbul edəcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol