09:56 03.12.2020 855

Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olundu

Dekabrın 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şuranın növbəti iclası videokonfrans formatında keçirilib.

İdman akademiyasından Fanat.Az-a verilən məlumata görə, iclasda Vətən müharibəsində əldə olunmuş möhtəşəm və tarixi qələbə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissi ilə müraciət ünvanlanıb.

Qeyd olunub ki, Ali Baş Komandanın uzaqgörən ordu qurucluğu siyasətinin məntiqi nəticəsi olaraq, müzəffər Azərbaycan Ordusu qısa müddətdə düşmənə qalib gələrək işğal edilmiş ərazilərimizi azad etdi və illər sonra torpaqlarımızda Azərbaycan bayrağını yüksəltdi.

Məhz noyabrın 8-də Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşanın mənfur düşmənin işğalından azad olunması xəbəri, həmin gün 90 illik yubileyini qeyd edən ADBTİA-nın professor-müəllim, inzibati və tələbə heyəti üçün xüsusi hədiyyə oldu.

Müraciətdə böyük qürür hissi ilə qeyd olunub ki, birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci Qarabağ müharibəsində də, ADBTİA-nın 70-dən çox tələbə və məzunu rəşadətlə vuruşublar. Onlar arasında həm Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar, həm də qazilər olub. Vətən müharibəsində yaralanmış əsgərlərə şəfa, şəhidlərə isə Allahdan rəhmət arzulanıb. Bildirilib ki, onlar daima insanların qəlbində yaşayacaqlar.

Eyni zamanda, azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən qədim Şuşa şəhərində idmanın bütün sahələrini əhatə edəcək yeni təhsil klasterinin yaradılmasına Akademiya kollektivinin hazır olduğu bildirib.

Qeyd edək ki, Zaqafqaziyanın ilk idman ali məktəbi və ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası təsis olunmasının 90 illiyini bu il qeyd edir. Bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər həyata keçirilir, o cümlədən "ADBTİA 90” adlı xüsusi kitab, eyni zamanda "Əsri haqlayan tarix” adlı sənədli film işıq üzü görüb.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

Facebookdan bizi izləməyi unutmayın.
X