"Real"ın futbolçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.
Fanat.Az xəbər verir ki, 34 yaşlı fransalı forvard Yunanıstanln "Olimpiakos" klubunda çıxış edən həmyerlisi Matyu Valbuenanı şantaj etməkdə ittiham olunur.
İddiaya görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəməyə təhrik edib.
Qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. Benzema o vaxtdan yığmaya dəvət almır.