09:00 17.01.2021 1568

Yoldaş Mamedov, yaraşırmı?

 

Əlbəttə, siyasi dərinliklərə getməyəcəm. Onsuz da bu aralar özünü politoloq sayanların sayı 10 dəfə artıb. Tirələr, müzakirələr, mübahisələr, çayxana xəbərləri, yarıyalan və yalan informasiyalar... Bəlli, hərə öz beyninin tutumuna uyğun məlumat alır. Qutsal savaşdan sonrakı dönəmdə yaranan siyasi informasiya burulğanı o qədər güclüdü ki, nüvəsindən kənarda belə, cazibəsindən çıxmaq olmur.

Azərbaycanın 21-ci əsrə ərlik damğası vurduğu dünyaya bəlli həqiqətdi. Terrorçu dövlətə qarşı haqq müharibəsində inanılmaz həmrəylik sərgiləyən, özünə dönəndə nəyə qadir olduğunu hər kəsə göstərən ulu millət övladlarının qanı bahasına mübarək zəfər qazandı.

Yaradanın yardımı, dövlətin dəstəyi ilə ölümüylə sevişə bilən KİŞİLƏR xalqı xəcalətdən qurtardı! Sinəsini yurduna sipər edən igidlərin canı-qanı bahasına düşmən basıldı. Qələbəyə layiq xalqın qəhrəman oğulları Şuşaya bayraq sancdığı ildə futboldan yazmaq mümkün deyildisə, indi çətindi...

Amma ən çətini bu möhtəşəm xalqın, üçrəngli bayrağın, dünyanın gözündə əməlli-başlı böyümüş Azərbaycanın mənfəətini düşünməməkdi. Hətta düşünməmək biveclik və mənəviyatsızlıqdı. AZƏRBAYCAN və MİLLİ sözünün dəyərini anlaya bilən hər kəs Azərbaycan millisinin döyüşkən komanda şəklinə salınmasını arzulamalıdı.

Təəssüf ki, italiyalı Canni De Byazinin Millətlər Liqasındakı fiaskosuna maska geyindirməyə çalışan AFFA idarəçiıəri qulbeçələrin sayəsində buna müəyyən qədər nail oldu. Mövcud durum tənqidə öyrəncəli "vəzir”in - Elxan Məmmədovun, hamilərinin və komandasının"qamçılanmasına",imkan vermədi. Bu başqa məsələ ki, o vaxt özünə hörmət edən tənqidçi də futboldan yazmaz, AFFA rəhbərliyinin yol verdiyi növbəti səhvləri işıqlandırmazdı...

Hə, millət genetik keyfiyyətlərini, dövlət döyüş məharətini ən parlaq nümunə şəklində ortaya qoyduğu halda, rəzil çıxışla diqqət çəkən seçmənin (açığı, komandanın real vəziyyətini gözümün qabağına gətirəndə ona milli deməyə çətinlik çəkirəm) bir qədər də kiçilməsi qorxulu təzaddı. Futbol böyük biznes, mükəmməl təbliğat fasitəsi və özü boyda siyasətdi. Bir var bundan iki dəfə yaxşı olmaq üçün heç bir yol olmaya, bir də var ölkənin bir nömrəli komandası millimentalitetlə hesablaşmaq istəməyənlərin güdazına gedə. Əyləşdiyi "kreslo"da özündən faydalısının yerini tutan futbol məmurlarının səhlənkarlığı üzündən bu gün hər hansı inkişafdan danışmaq, gələcək üçün arzular qurmaq absurddu. 10 il öncə ilə müqayisədə 10 addım geri qoyan komandadan hansı üzlə nəsə ummaq olar? O vaxt sonradan "Tvente"nin diqqətini çəkəcək Vaqif Cavadov, "Anji" formasıyla Rusiya Premyer Liqsında oynayacaq Mahir Şükürov, "Rubin"ə transfer olunacaq Ruslan Abışov, Portuqaliya çempionatına layiq Kamran Ağayev var idi... Kapitan yaşı 30-a çatmamış Rəşad Sadıqov karyerasının ən parlaq dönəmlərini yaşayırdı... Adı "Lokomotiv"lə yanaşı çəkilən Əfran İsmayılov, önəmli anlarda üzləri güldürən Rauf Əliyevin azarkeş ürəklərinə ümid toxumu səpdiyi günlər o qədər də uzaq keçmiş deyil...

Yerinə yetirilməyən məlum "inkişaf proqramı"nı yenidən incələmək fikrindən çox uzağam. İnkişaf cəhənnəm, bəs nəzərəçarpan geriləməyə nə ad verək? Gələcəyə hesablanmış geriləməyəbənzər irəliləyiş? Bəlkə, ümumi konsepsiyalara cavab verən irəliləyişsayağı geriləmə? Açığı, yuxarıda yazdığım sullardan daha məntiqli nəsə tapa bilmirəm...

Əlqərəz, Azərbaycanın idman nüfuzuna futbol boyda siyasət meydanında bilərəkdən və ya bilməyərəkdən zərbə vuranlar vəziyyətin kritik həddə çatdığını dərk etməlidi. Şübhəsiz, bütün dünya üçün eyni bəla olan koronavirus pandemiyası uğurlu bəhanə sayıla bilməz. Şərtlər bütün millətlər və millilər üçün yuxarı-aşağı eynidi...

Çətinliklə, bir də borclarını heç vaxt ödəyə bilməyəcəyimiz şəhidlərimizin ruhundan çəkinə-çəkinə bir araya gətirdiyim qarışıq fikirlərimi yazının bu yerində saxlamaqda qərarlıyam. Sonluğu isə sadə sual olsun: Yoldaş Mamedov, bu dövlətə, bu millətə belə milli yaraşırmı?

NİHAT AĞASOY


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X