16:44 10.03.2021 777

Əcnəbi məşqçilər Bakı toplanışından danışdı - AÇIQLAMALAR

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçiriləcək.

Bu yarışda qitə ölkələrinin idmançıları Tokio Olimpiadasına lisenziya qazanmağa çalışacaq. Xatırladaq ki, hər çəkidə finala yüksələn 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Fanat.Az xəbər verir ki, komandalarımız məsul yarışa hazırlaşır. 

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət yığmamız martın ilk günlərindən yarışın keçiriləcəyi məkanda təlim-məşq toplanışı keçir. Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz isə son hazırlıq prosesini Olimpiya Güləş Mərkəzində davam etdirir.

Sərbəst güləşçilərimiz qonaq komandaların üzvləriylə birgə məşq edir. Fransa, Rumıniya və İsveçrə milliləri ayın əvvəlindən Bakıda müvafiq yığmamızla birgə təlim-məşq toplanışı keçir. Qonaq komandaların çalışdırıcıları Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib. Onlar hazırlıq prosesinin səviyyəsindən, federasiyanın bazasından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Frant Andrey, Rumıniya yığmasının məşqçisi: "Burada yaxşı hazırlıq keçirik. Qidalanma, qaldığımız otel, məşq şəraiti – hər şey yüksək səviyyədədir. Yaxşı sparrinq rəqiblərimiz var. Azərbaycan yığması çox güclüdür. Bu da bizim üçün faydalıdır. Əlbəttə, belə yaxşı komandayla birgə toplanış keçmək xeyrimizədir. Düşünürəm ki, İsveçrə və Fransa yığmaları da bundan faydalanır. Fikrimcə, bazanız Avropanın ən yaxşı güləş mərkəzidir. Burada təkcə güləş zalı yox, həm də fitnes zalı və sauna da var”.

Didye Pais, Fransa yığmasının baş məşqçisi: "Bizim üçün hər şey çox yaxşıdır. Çünki burada çoxlu güləşçilər var. Bu da keyfiyyətli hazırlıq prosesi keçməyə imkan verir. Otel və qidalanma da ürəyimizcədir. Olimpiya Güləş Mərkəzi isə çox gözəldir. Burada çoxlu güləş xalçası var. Avropa Olimpiya Təsnifat turnirində hədəfimiz ən azı 1 lisenziya qazanmaqdır. Hansı çəkidə bunu bacaracağımızı isə deyə bilmərəm”.

Nikolae Qita, İsveçrə yığmasının baş məşqçisi: "Daha öncə də bir neçə dəfə Bakıda olmuşam. Ancaq öncəki səfərlərimdə Rumıniya və Almaniya yığmalarının çalışdırıcısı kimi ölkənizə gəlmişəm. Bu dəfə isə İsveçrə sərbəst güləş millisinin baş məşqçisi kimi Bakıdayam. Təlim-məşq toplanışının səviyyəsi olduqca yüksəkdir. İlk növbədə onu qeyd edim ki, burada bir-birindən güclü güləşçilər var. Yeməklər, otelin şəraiti və güləş bazası tələblərə tam cavab verir. Hər şey bizim üçün çox yaxşıdır. O ki qaldı komandamıza, 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında 86 kq-da Olimpiadaya lisenziya qazandıq. Avropa Olimpiya Təsnifat turnirində isə 74 və 97 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, sərbəst güləşçilərin təlim-məşq toplanışına martın 14-də yekun vurulacaq. Komandamız növbəti gün Macarıstana yollanacaq. Sərbəst güləşçilər lisenziya yarışının ilk günlərində (18-19 mart) xalça üzərinə çıxacaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:46

MPL: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qol yoxdu - YENİLƏNİR

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

Facebookdan bizi izləməyi unutmayın.
X