Bu gün keçiriləcək 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II tura start verilib.
Fanat.Az xəbər verir ki, A, E, G və H qruplarında oyunlar keçirilib.
Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxdığı (1:2) A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya heç-heçə edib. İrlandiya - Lüksemburq oyununda isə "cırtdan" səfər qələbəsi qazanıb.
Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşüb. İspaniyanın Malaqa şəhərində keçirilən oyunda "ay-ulduzlular" yenə böyük hesablı qələbə qazanıb - 3:0. G qrupunda Monteneqro - Cəbəllütariqin və Niderland - Latviyanın sürpriz etməsinə imkan verməyib.
H qrupunda açılış oyunu ilk turu qələbə ilə başa vurmuş Rusiya və Sloveniya yığmaları arasında təşkil edilib. Ruslar 2:1 hesablı qələbə qazanıb. Qrupun Xorvatiya - Kipr matçında meydan sahibləri qələbəyə sevinib - 1:0. Malta isə rəqib meydanında 2 qol vuraraq Slovakiyadan xal alıb.
DÇ-2022
Seçmə mərhələ
II tur, 27 mart
A qrupu
Serbiya - Portuqaliya - 2:2
Qollar: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11; 36.
İrlandiya - Lüksemburq - 0:1
Qol: J.Rodriqes, 85.
Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3, İrlandiya - 0, Azərbaycan - 0
E qrupu
Belarus - Estoniya 4:2
Qollar: Vitali Lisakoviç, 45-pen.; 83. Yuri Kendış, 64. Pavel Savitski, 81 - Henri Anier, 31; 55
Çexiya - Belçika - 1:1
Qollar: Provod, 50 – Lukaku, 60.
Çexiya - 4, Belçika - 4, Belarus - 3, Uels - 0, Estoniya - 0
G qrupu
Monteneqro - Cəbəllütariq 4:1
Qollar: Fatos Baçiraj, 26. Marko Simiç. Zarko Tomaşeviç, 53. Stevan Yovetiç, 80 - Ris Stayç, 30-pen.
Norveç - Türkiyə 0:3
Qollar: Ozan Tufan, 4; 59. Çağlar Söyüncü, 28.
Niderland - Latviya 2:0
Qollar: Berghuis, 32; de Yonq, 69
Xal durumu: Norveç - 3, Türkiyə - 3, Monteneqro - 3, Latviya - 0, Niderland - 0, Cəbəllütariq - 0
H qrupu
Rusiya - Sloveniya 2:1
Qollar: Artyom Dzyuba, 26; 35 - Yosip İliçiç, 36.
Xorvatiya - Kipr 1:0
Qol: Mario Paşaliç, 40.
Slovakiya - Malta - 2:2
Qollar: Ştreleç, 49. Şkrinyar, 53 – Qambin, 16. Satariano, 20.
Xal durumu: Rusiya - 6, Sloveniya - 3, Xorvatiya 3, Slovakiya - 2, Kipr - 1, Malta - 1.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol