Niderland yığmasının sabiq futbolçusu Uesli Sneyderin keçmiş həyat yoldaşı Yolante Kabau maraqlı açıqlama ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, ispaniyalı model və aktrisa Sneyderin DÇ-2010-u yarımçıq tərk etmək istədiyini ilk dəfə açıqlayıb.
Buna səbəb isə Cənubi Afrikadakı turnirin gedişi zamanı bu cütlük barədə səslənən fikirlər olub: "Həmin vaxt mən də Uesli ilə Cənubi Afrikaya getmişdim. Haqqımızda çox xəbərlər yayılırdı, mətbuat hər gün bizim münasibətimizi lağa qoyurdu. Bu da Sneyderi çox məyus edirdi. Bir gün o qədər əsəbləşdi ki, millinin düşərgəsini tərk etmək istədi. Onu çətinliklə fikrindən daşındırdım. Mənə önəm verdiyi üçün çox hirslənirdi”.
Qeyd edək ki, Uesli Sneyderin liderlərindən olduğu Niderland yığmas DÇ-2010-un finalında İspaniyaya məğlub olaraq (0:1) çempionluğu əldən verib.