Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib.
Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma saat 20:00-da start götürüb.
Bu görüşədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə qarşılaşmışdı. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf etmişdi. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlmişdisə, daha 1 oyunda heç-heçə qeydə alınmışdı. Topların nisbətində də rəqib komanda öndə idi - 14:6.
Meydana müdafiəyəmeyilli "11-lik" çıxaran De Byazinin yetirmələri erkən qola üzülsə də, ara-sıra topa nəzarəti əldən verməyən rəqibin qapısına yaxınlaşmağa da çalışıb. Fasiləyə qədər Əli Qurbani Serbiya müdafiəçilərinin "hədiyyə"sini dəyərləndirə bilməyibsə, epizodların birində Ukrayna "Minay"ının üzvü Anatoli Nuriyev bərbad vuruşla hesabı bərabərləşdirmək şansını boşa verib. İkinci yarının əvvəllərində penaltidən fərqlənərək komanda yoldaşlarını ümidləndirən Mahmudovun qolu isə təsəllidən başqa heç nəyə yaramayıb. 81-ci dəqiqədə sərt və effektli vuruşla dublunu rəsmiləşdirən Mitroviç qonaqlara əzmkar qələbə qazandırıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzmuşdu. Qrupdakı hər iki oyununu evdə keçirən serblər isə İrlandiyaya 3:2 hesabı ilə qalib gəlmiş, Portuqaliya ilə heç-heçəyə razılaşmışdı - 2:2.
Xatırladaq ki, bu qrupun digər matçlarında Lüksemburq Portuqaliya ilə, Qətər isə İrlandiya ilə üz-üzə gələcək.
DÇ-2022
Seçmə mərhələ
III tur, A qrupu
30 mart
Azərbaycan - Serbiya 1:2
Qollar: Mitroviç, 16; 81 - Mahmudov, 59-pen.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 20. İsmayil İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 6. Vüqar Mustafayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 21. Namiq Ələsgərov, 4. Şəhriyar Əliyev, 22. Toral Bayramov, 10. Mahir Emreli.
Baş məşqçi: Canni de Byazi.
Serbiya: 12. Predraq Raykoviç, 13. Stefan Mitroviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spahiç, 7. Nemanya Radonjiç, 6. Nemanya Maksimoviç, 8. Nemanya Qudelj, 17. Filip Kostiç, 10. Duşan Tadiç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandar Mitroviç.
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihailo Ristiç, 21. Filip Dyuriçiç, 22. Marko Qrujiç.
Baş məşqçi: Draqan Stoykoviç.
Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (İsrail).
Bakı Olimpiya Stadionu.
Xal durumu: Serbiya - 7, Portuqaliya - 4, Lüksemburq - 3, Azərbaycan - 0, İrlandiya - 0.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol