FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 2 pillə geriləyərək 110-cu sırada qərarlaşıb.
DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya 5-ci, Serbiya 25-ci, İrlandiya 47-ci, Lüksemburq isə 98-ci, qrupda qeyri-rəsmi yer alan Qətər isə 58-ci yerdədir.
Qeyd edək ki, ilk üç pillədə Belçika, Fransa və Braziliya qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol