21:13 15.04.2021 1966

ÇL laylasında yerli futbol düşüncələri

NİHAT
 
Futbolumuzun ən pis günündə də ondan zövq almağa səbəb tapmaq olar. Öz komandalarımızın oyunu milli futbolu instinktiv sevənlər üçün başqa zövqdü. Bu bir milli bağlılıq və bir qədər əzab verən asılılıqdı. Dünən "Liverpul" - "Real" matçının laylası altında mürgüləyə-mürgüləyə Premyer Liqamız haqda düşünürdüm. Doğrudan da, 0:0 hesabıyla bitən qarşılaşmanı həmkarım Şəmsəddin Abbasovun Sadio Maneyə "Sane" deməsinə gülümsəyə-gülümsəyə (hiss olunurdu ki, şərhçimiz də maraqsız oyundan zövq ala bilmir) yenə biçarə futbolumuzla qolboyun olmuşdum.

...28 turun "Neftçi" - "Qarabağ" oyunu bütün hallarda mövsümə gözəl nöqtə olacaq. Hər şey son tura qalsa, azarkeşlər bu mövsüm heç kimin gözləmədiyi "döyüş" izləyəcək. 

Şübhəsiz, ağdamlılar 3 xallıq üstünlüyü ardıcıl çempionluqlar fonunda qazandığı təcrübə sayəsində əldən verməmək üçün bacardığını edəcək. Amma bacara bildiyini reallığa çevirmək də indiki durumda asan məsələ deyil. 

Hə, çoxluğun təbiriylə desək, "köhlən atlar" böyük ehtimalla, çempiondu. Ancaq şəxsi oyunlardakı nəticələr və "ağ-qaralar"ın təqibdən qopmaması faktdı. Qurban Qurbanovun komandası mövsümün sonuna doğru sürət yığsa belə, heyətində ciddi itkilər var: Emreli, Qara... Siyahını uzatmaq da olar. Kimlərsə bakılıların bu mövsüm uzun sürən çempionluq həsrətinə son qoyacağına inana, kimlərsə inanmaya bilər. 

Şəffaf reallıq isə belədi:

Samir Abasovun komandasının son 2 turda 1 xal qazana bildiyini əsas götürsək, Keysuke Honda gələndən bəri işlər o qədər də yaxşı getmir. Hətta komanda qələbəsizlik sindromunun biraddımlığındadı. Növbəti matç isə öhdəsindən heç cür gələ bilmədikləri "Zirə"yə qarşıdı. Abasov çempionuq xəyallarını dəfn etməyə hazır deyilsə, bu dəfə öncə Rəşad Sadıqovun "yaralı" komandasını yenməyi bacarmalıdı. bu, nəinki qələbəsizliyə son qoymaq, həm də imic mübarizəsi olacaq. Bəlli, "Zirə"ni mövsüm ərzində keçirdiyin 6 oyunun heç birində yenə bilməmisənsə, "qızıl" arzunla real potensialın uzlaşmır...

Çempionluq uğrunda zəifləməsinə rəğmən, davam edən mübarizəni sonrakı turlarda yön dəyişdirməsi belə, mümkündü. Azı 5-6 maraqlı duel üzərində dayanmaq olar ki, bu da ayrıca yazı mövzusudu. Digər tərəfdən, indidən həmin matçların dəqiq siyahısını müəyyənləşdirməyə çalışmağa, necə deyərlər, münəccimlik etməyə dəyməz. Bəlli olan budu ki, qarşıdakı hər turda və ya ikiturdanbir yerli standartlar üzərindən yaxşı görüş izləyəcəyik. Sürpriz qarşılaşmalar da, öz yerində...

...Uzatma dəqiqələrində deyəsən təhlükəli hücum olmuşdu. O qədər də yaddaqalan bir şey deyildi... 

Pandemiyanın idmandakı ağır fəsadları üzündən olduğundan da solğun görünən qarşılaşma başa çatdı. Van Deykin məlum zədəsindən və müdafiədəki digər itkilərin çoxluğu səbəbindən bu mövsüm hədəflərindən uzaq düşən "Liverpul" ÇL-lə vidalaşdı...

Nədənsə ürəyimdə fikirləşdim ki, "Neftçi" "Qarabağ"la oynasaydı, bundan maraqlı oyuna baxardıq. Ən azı milli futbolu sevənlər üçün daha maraqlı...  



Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X