Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, bununla da turnirin ikinci finalçısı bəlli olub.
Yarımfinalın cavab görüşündə "Çelsi" doğma meydanda "Real"ı qəbul edib. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayıb. İlk oyunda 1:1 hesablı heç-heçə edən "zadəganlar" ikinci matçda daha xoş təsir bağışlayıb. 2 cavabsız qol vuran Tomas Tuxelin komandası inamlı qələbə sayəsində adını finala yazdırıb.
Beləliklə, mayın mayın 29-da İstanbulda baş tutacaq həlledici qarşılaşmada iki İngiltərə təmsilçisi münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha öncə PSJ-ni mübarizədən kənarlaşdıran "Mançester Siti" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalına çıxıb.
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
5 may
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) 2:0
Qollar: Verner, 28; Maunt, 85.
Çelsi: Mendi, Aspilikueta, Toaqo Silva, Rudiqer, Kristensen, Jorjinyo, Kante, Çiluell, Maunt, Haverz, Verner.
Ehtiyat oyunçular: Kepa, Kabalyero, Alonso, Abraham, Pulişiç, Zuma, Jiru, Hadson-Odoi, Zieş, Qilmor, Ceyms, Emerson.
Real: Kurtua, Militao, Naço, Ramos, Mendi, Kazemiro, Kroos, Modriç, Vinisius Junior, Hazard, Benzema.
Ehtiyat oyunçular: Lunin, Altube, Asensio, Marselo, Valverde Odriolosa, İsko, Dias, Rodriqo, Arribas, Blanko, Quterres.
İlk oyun - 1:1

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol