14:15 17.06.2021 1081

Şahmat Federasiyasına FILsəfə dərsi

Azərbaycan həmişə şahmat ölkəsi kimi tanınıb. Bu sahəyə vaxtilə xüsusi diqqət olsa da, hazırda durum bərbaddır. Bunun nəticəsidir ki, son illərdə xüsusi istedadı ilə seçilən yeni nəsil şahmatçılar yetişmir. 

Hazırda 3-4 uğurlu şahmatçımız var ki, bunlara da aidiyyatı qurumlar diqqət ayırmır. Zaman-zaman diqqətsizlikdən gileylənən iti zəka sahibləri problemlərini sosial media hesablarında ictimaiyyətə çatdırırlar. Həqiqətən öz hesablarına hazırlaşmaları, turnirlərə qatılmaları xərc tələb edir. Sirr deyil ki, digər idman növlərində sıradan bir yarışın qalibi olanlara iri şirkətlər yönləndirilir, böyük məbləğli mükafatlar verilir. 

Bəs niyə ölkəmizdə ənənəsi olan şahmata dırnaqarası yanaşılır?

Təbii ki, dövlət bu sahədə də uğurların marağındadır. Sadəcə, şahmatçılarımızın fərdi olaraq qatıldığı turnirlərdəki uğurları "yuxarılara” Azərbaycan Şahmat Federasiyasının gördüyü işlərin nəticəsi kimi çatdırılır. Yəni kənardan və "yuxarı”dan hər şey qaydasında görünsə də...

Əslində, federasiya mətbuata tamamilə qapalıdır. Telefon zənglərinə cavab veriləcək kimsə tapılmır. 

Bu gün də elə oldu. Şəhriyar Məmmədyarovun məlum statusundan sonra federasiya ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı. Sonda qurumun vitse-prezidenti Faiq Həsənovla ardıcıl zənglərimizdən sonra telefon bağlantısı yarada bildik, Şəhriyarla bağlı sualımızın olduğunu söylədik. Vitse-prezidentin reaksiyası isə vəzifəsinə yaraşmayan tərzdə oldu: "Mən sizi və Fanat.Az saytını tanımıram və belə sualları telefonda cavablandırmıram. Gəlin federasiyaya görüm kimsiniz”.

Federasiyanın qocaman "zabit”ini Azərbaycanın müstəqil domendə 13 il fasiləsiz fəaliyyət göstərən ilk dövlət dilli saytını tanımamasını normal qarşılayırıq. Yaşla əlaqədar olaraq başadüşüləndi. Yaşını qeyd etməyim ironiya kimi başa düşülməsin. Yəqin ki, yenə unudub. Təxminən 1 il əvvəl Faiq müəllim federasiyanın saytı olduğunu da unutmuşdu. Fanat.Az-da dərc olunan yazılardan sonra  sayta "çəki-düzən” verildi. Hətta, dünyasının dəyişmiş insanın ad-soyadını və mobil nömrəsini "Bizimlə əlaqə” bölməsində qeyd etmişdilər. Adi bu faktan qurumun mətbuata münasibətini müəyyənləşdirmək kifayyətdir. Bir ildə saytınız, aldığınız məvacib dəyişə bilər, amma mətbuata münasibət dəyişməyib. Mətbuatdan, ictimaiyyətdən gizlənməklə sözügedən problemlərdə adınızın hallanmamasını, unudulmasını istəyirsiz. 

Nə deyirik ki, istəyinizə nail olmusunuz. 

Bir nəfər tərəfindən dəqiq unudulmusunuz.

Allah ömür versin!

Əli Sahib
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X