Bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşıb.
İlk yarımfinal qarşılaşması İtaliya və İspaniya yığmaları arasında keçirilib. Londondakı "Uembli” stadionunda baş tutan matçı almaniyalı rederi Feliks Brıx idarə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığına görə əlavə vaxt təyin edilib. Lakin artırılan yarım saatda da qalib müəyyənləşməyib və penaltilər seriyasına ehtiyac duyulub.
Penaltiləri daha dəqiq yerinə yetirən İtaliya millisi finala yükəlib.
Qeyd edək ki, digər yarımfinal oyununda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək.
AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya 1:1 (penaltilər seriyası: 4:2)
Qollar: Federiko Kyeza, 60 - Alvaro Morata, 80
Baş hakim: Feliks Brıx (Almaniya).
London. "Uembli” stadionu.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 18. Jordi Alba, 19. Dani Olmo, 21. Mikel Oyarzabal, 24. Aymerik Laporte, 26. Pedri.