İspaniya millisi ilə dünya və Avropa çempionluğunu qazanan Serxio Ramos yığmanın Avropa çempionatı ilə vidalaşmasını şərh edib.
Fanat.Az xəbər verir ki, o, bu barədə öz "tvitter" hesabında yazıb.
"Kədərli və ədalətsizdir. Bütün ölkəni narahatlığa və təlaşda olmağa vadar etdiniz. Öz millimizlə qürur duyuram”, deyə Ramos qeyd edib.
Qeyd edək ki, İspaniya millisinin baş məçqçisi Luiz Enrike və Ramosun qarşılıqlı razılaşması nəticəsində təcrübəli futbolçu AVRO-2020-də iştirak etməyib.
Xatırladaq ki, İspaniya millisi AVRO-2020-nin yarımfinal mərhələsində İtaliya seçməsinə məğlub olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli olub. 4:2 daha dəqiq olan italyanlar finala adlayıb.
Emin