İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen AVRO-2020-nin yarımfinal mərhələsinin İngiltərə - Danimarka oyununda (2:1) skandinaviyalıların qapısına təyin edilən penaltiyə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Ouen "Twitter" hesabında belə yazıb:
"Penalti olduğuna əmin deyiləm, amma nə fərqi var ki..."
Qeyd edək ki, İngiltərə millisinin qələbə qolunu oyunun 104-cü dəqiqəsində Harri Keyn vurub. Danimarkanın qolkiperi Kasper Şmeyxel "Tottenhem"in ulduzunun penalti vuruşundan sonra topu qaytarsa da, Keyn təkrar zərbə ilə qələbə qoluna imza atıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol