13:14 22.07.2021 2007

"Qarabağ"ın xanım azarkeşləri oyuna hazırdır - FOTOLAR

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" öz meydanında İsrail "Aşdod"unu qəbul edəcək. 

İlyarımlıq fasilədən nəhayət Azərbaycanda azarkeşlərin stadiona gəlməsinə icazə verilib. "Qarabağ" fanatları sevimli komandalarının oyununu tribunadan izləyə biləcəklər.

Bəs Ağdam təmsilçisinin xanım azarkeşləri  "Qarabağ" - "Aşdod" oyununa gələcəklərmi? 

Fanat.Az-a danışan zərif cinsin nümayəndələri biletlərini alıb oyuna hazır vəziyyətdə olduqlarını bildirdilər. 

Sevinc Məmmədova: "Sonuncu defə keçən ilin 8 mart günü stadionda olmuşam. "Keşlə"nin stadionunda ("ASK ARENA") çox gözəl gün keçirmişdik. Oyunda qalib gələrək vacib üç xal qazandıq. "İmarət" Fan-klubunun üzvü Mirzə adlı dostumuz bayram münasibəti ilə bizə sürpriz edərək gül hədiyə etmişdi. Çox gözəl gün idi. Biz "Qəbələ" və "Neftçi" ilə matçlara hazırlaşarkən Operativ Qərargah oyunların azarkeşsiz keçirilməsi ilə bağlı qərar verdi. O gündən bəri, düz il yarımdır stadion həsrəti ilə yaşayırıq. Şükür olsun ki, həsrət bitir. Bilet satışı başlayan kimi aldıq. Tribunada olmaq üçün gün sayıram.
Konfrans Liqası yeni turnirdir, bizim üçün yeni təcrübədir. Rəqibimizi tanımıram, necə oynadıqlarına bələd deyiləm. Amma "Qarabağ"ı tanıyıram, ona güvənirəm. Inşallah, rəqibi məğlub edib bizə sevinc bəxş edəcəyinə inanıram. Dahilərdən biri deyib ki, oxu uzağa atmaq üçün yayı maksimum geri çəkmək lazımdır. Hər il müntəzəm olaraq avrokuboklarda mübarizəyə Çempionlar Liqasında başlayan "Qarabağ" üçün Konfrans Liqası daha uzağa atılmaq üçün çəkilmiş yay olacaq. Birlikdə yenidən bacaracağıq".

Mehin Məmmədova: "Üzün müddətdir hər kəs stadiondan uzaq qalıb. Əminəm ki, bu günü hamı səbirsizliklə gözləyirdi. Bütün "Qarabağ" azarkeşləri yenə qələbə üçün toplaşacaq. İnşallah, stadiondan qalib komandanın azarkeşləri kimi ayrılarıq. Açığı, radikal azarkeş sayılmasam da, atmosfer üçün darıxmışam. Ən böyük "Qarabağ", başqa böyük yox". (gülür)...
 


Sevda Şərbətzadə: "Nəhayət 501 gün sonra aid olduğumuz yerə, yəni tribunaya qayıdırıq. Bir azarkeş olaraq mənim üçün tribuna ən özəl və gözəl hissləri yaşadığım yerdir. Buna görə də uzun fasilədən sonra ora qayıtmaq qədər məni heç nə xoşbəxt edə bilməz. Çünki bir azarkeşin komandasına qarşı hiss etdiyi sevgi ən gözəl, ən vazgeçilməz sevgidir. Heç bir qarşılıq gözləmədən, hər oyuna yeni ümidlərlə baxan, "heç bir şeyə dəyişilməz sənin sevgin bu dünyada” bağıran insanlar sevginin ən pik nöqtəsini yaşayan insanlardır. Bu hissləri yenidən yaşayacağım üçün dünyanın ən xoşbəxt insanı ola bilərəm. 
"Qarabağ"ın oyununa gəldikdə isə, mövsümü ikinciliklə bitirməsinə baxmayaraq, Avropada kifayət qədər təcrübəyə malik komandadır və Konfrans Liqasında iddialı komandalar sırasındadır. Buna görə də əminliklə deyə bilərəm ki, "Qarabağ" ən azı qrup mərhələsini indidən qarantiləyib".

Aygül Qarayeva: "Qarabağ"ın hər oyunundan əvvəl həyəcanlı olurduq, amma indi həyəcanımız və sevincimiz daha yüksəkdir. Pandemiyaya görə il yarıma yaxındır ki, tribunalardan uzağıq. Bir tur stadiona gedə bilməyəndə təəssüflənən insanlar üçün bu, çox uzun müddətdir. Yenidən doğma məkanımıza gedə biləcəyimiz, sevimli komandamızın yanında ola biləcəyimiz üçün həqiqətən çox sevinirəm. Əvvəllər oyundan bir neçə gün əvvəl həyəcan, hazırlıq başlayırdı. Amma indi azarkeşlərin oyunlarda iştirakına icazə veriləndən bu matça hazırlaşırıq. (gülür)... Tribunalara qayıdışımızın avrokubok oyununa təsadüf etməsi də əlavə həyəcan qatır. Konfrans Liqası hər bir komanda, azarkeş üçün yeni bir həyəcandır, amma "Qarabağ"ın bu mövsüm də uğurlu avrokubok macərası yaşayacağına şübhə etmirəm. Avrokuboklarda ilk oyunlar bütün komandalar üçün çətin olur, futbolçular formalarından uzaq olurlar. İstənilən halda, uzun müddət sonra azarkeşləri qarşısında oynayacaq "Qarabağ"ın bu matçda inamlı qələbə qazanacağına şübhə etmirəm. Həqiqətən də, həm "Qarabağ", həm də bir-birimiz  üçün, o həyəcanı birlikdə yaşamaq üçün çox darıxmışıq. Nəhayət il yarımdır həyatımızda yaranan boşluq dolacaq". 
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyunu saat 20:00-da start götürəcək.

Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X