"Google" şirkəti Tokio Olimpiadasının başlaması şərəfinə istifadəçilərinə maraqlı animasiya təqdim edib.
Fanat.Az xəbər verir ki, "Chrome" brauzerində və axtarış servisində istifadəçilərə maraqlı oyun nümayiş olunur. "Doodle" loqosundakı "oynat" düyməsinə basaraq oyuna start vermək mümkündür.
Klassik "2D" formatında təqdim olunan oyunun ideyasının gerçəkləşməsinə Yaponiyanın "STUDIO 4 ° C" animasiya studiyası köməklik göstərib.
Hadisələr Yaponiyada cərəyan edir. Süjetdə pişik balasının çempionlar adasına düşdüyü göstərilir. Həmin adada hər 4 ildənbir ən güclü idmançını seçirlər. İstifadəçilərə ətrafı gəzmək, yerli sakinlərlə söhbət etmək və olimpiya idman növlərinə əsaslanan oyunlarda iştirak etmək təklif olunur.
Qeyd edək ki, "Google" şirkəti bir çox mötəbər idman yarışları zamanı buna bənzər yeniliklərlə istifadəçilərini təəccübləndirir.
Emin Şəmsiyev