Yeni mövsümə hazırlaşan "Kəpəz" ilə yeni transferi ilə diqqəti üzərinə çəkib.
Fanat.Az xəbər verir ki, I Divizion təmsilçisi Cavid İmamverdiyevi heyətinə cəlb edib. Bu barədə klubun "Facebook" səhifəsi paylaşım edib. Təcrübəli yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli futbolkada çıxış edəcək.
Xatırladaq ki, 31 yaşlı İmamverdiyevin son klubu "Sumqayıt" olub.