Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq. Bunlardan 3-ü eyni vaxtda – Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Estoniyada "Flora”nın qonağı olacaq. İlk matçda Varşava təmsilçisi minimal hesablı (2:1) qələbə qazanıb.
İlk dueldə 2:1 hesabı ilə məğlub olan HİK Finlandiyada İsveçin "Malmö" komandasını sınağa çəkəcək. Bu cütün uduzan tərəfi Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) cütündən yenilən komanda ilə görüşəcək.
"Omoniya" Kiprdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu qəbul edəcək. Günün son oyununda isə "Jalgiris" Litvada Macarıstan "Ferentsvaroş"unu sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
27 iyul
20:00 Flora (Estoniya) - Legiya (Polşa)
(İlk oyun - 1:2)
20:00 HİK (Helsinki, Finlandiya) - Malmö (İsveç)
(İlk oyun - 1:2.)
20:00 Omoniya (Kipr) - Dinamo (Zaqreb, Xorvatiya)
(İlk oyun - 0:2)
21:00 Jalgiris (Litva) - Ferentsvaroş (Macarıstan)
(İlk oyun - 0:2)