13:11 30.07.2021 1622

Tokio 2020: Azərbaycan ilk medalını qazandı

Tokio Yay Olimpiya Oyunları davam edir.

Fanat.az xəbər verir ki, cüdo üzrə fərdi yarışların son günündə iki təmsilçimiz mübarizəyə qoşulub.

Kişilərdən ibarət millimizin 100 kiloqramdan ağır çəki dərəcəsindəki üzvü Uşanqi Kokauri mübarizəyə 1/16 finaldan başlayıb. 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında gümüş mükafat qazanan 29 yaşlı cüdoçumuz polşalı Matey Sarnaçki ilə üz-üzə gəlib. 

Təmsilçimiz "ippon" xalı ilə rəqibinə qalib gəlib.

Lakin sonrakı mərhələdə braziliyalı ikiqat Olimpiya mükafatçısı Rafael Silva(Braziliya) ilə qarşılaşan Kokauri, "qızıl xal" da "ippon"la uduzub.

Yalnız 1/4 finalda uduzanlar təsəlliverici mərhələyə qatılmaq imkanı qazandığından kişilərdən ibarət millimizin yarışı medalsız başa vurması rəsmiləşib.

Qadınlardan ibarət millinin üzvü İrina Kindzerska(+78) mübarizəyə 1/8 finaldan start verib. Yarış iştirakçılarının reytinqində ikinci sırada olan dünya və Avropa çempionatlarının mükafatçısı bu mərhələdə Larisa Çeriçi(Bosniya və Herseqovina) "ippon"la keçib.

Sonrakı mərhələdə cənubi koreyalı Mijin Hanla üz-üzə gələn 30 yaşlı cüdoçumuz, əsas vaxtın bitməsinə 1 dəqiqə 21 saniyə qalmış rəqibini "ippon" xalı ilə mübarizədən kənarlaşdırıb.

İrina finala vəsiqə uğrunda yaponiyalı dünya çempionu Akira Sone ilə qarşılaşıb. Rəqibinə "ippon"la uduzan təmsilçimiz, Olimpiadanın finalına yüksəlmək imkanını itirib.

Kindzerska bürünc medal uğrunda görüşdə Şiyan Xu(Çin) ilə münasibətlərinə aydınlıq gətirib.

Görüşdə "ippon" xalı ilə qalib gələn cüdoçumuz Azərbaycana Tokio 2020-nin ilk medalını qazandırıb.

Qeyd edək ki, sabah, cüdo turnirinin son günündə qarışıq komanda mübarizəsi baş tutacaq. Azərbaycan bu yarışda təmsil olunmayacaq.
 
Sahib Əsədbəyli
 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" -Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

13:20

"Kimsə sizə "Paraqvay öldü" desə, dərhal inanmayın"

12:56

"Sabah" portuqaliyalı futbolçu transfer etdi - RƏSMİ

12:19

Neymar yenə oynamadı, Ançelotti onun durumuna aydınlıq gətirdi

11:16

Montella Türkiyə millisinin DÇ-2026-da çıxışını erkən başa vurmasından nə danışdı?

10:41

DÇ-2026: Niderland İsveçlə qarşılaşır, Almaniya afrikalılarla üz-üzə

10:02

Azərbaycanda Dünya Seriyası başladı

09:38

Qrimaldo İspaniya nəhəngi ilə müqavilə imzaladı - SON DURUM

09:05

DÇ-2026: Braziliyadan darmadağın, Türkiyə azlıqda qalan rəqibinə uduzdu

02:26

"Qarabağ"ın unudulmaz qapıçısı qərarını verdi

01:40

Dünya çempionatı hələ belə təkan görməmişdi

01:03

DÇ-2026: ABŞ millisi pley-offa vəsiqəni təmin etdi

Facebookdan bizi izləməyi unutmayın.
X