14:28 09.08.2021 7214

Hacı Əliyevin atası od püskürdü: "İlahi ədalət yerini tapır"

"Otoquro ilə final görüşündə hakimlərin Hacını sıxmağı vaxtilə bizimkilərin digər ölkərinin güləşçilərinin başına açdığı oyunların nəticəsi idi. Çətin olsa da deməliyəm ki, ilahi ədalət yerini tapır".

Bunu Fanat.Az-a Tokio 2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Hacı Əliyevin atası Azər Əliyev deyib.

Eyni zamanda güləş mütəxəssisi olan ata oğlunun hakim qərəzi ilə üzləşdiyini bildirib: "Yaponiyalıya hakim dəstəyinin olacağı gözlənilən idi. Doğrudur, fənd olduğu iddia edilən epizodda heç bir fənd və xaldan söhbət gedə bilməzdi. Bunu Hacıdan da qabaq mən demişdim. Amma hakimlər cərimə xalı lazım olan anlarda yaponiyalının əleyhinə qərar vermək istəmədilər. O kobudluqları Hacı etsəydi, ard-arda rəqibə xal yazılardı. Hesab 2:2 davam etsəydi, sona 3 saniyə qalsa belə, hakimlər bir yolla Otoquronun qalib gəlməsinə şərait yaradacaqdı. Buna adım kimi əminəm.

Güləşdə haqsızlıqlar çox olur. Əvvəllər yerli federasiyanın başında duran bəzi şəxslərin əli ilə çox əyri əməllər işlənib. Otoquro ilə final görüşündə hakimlərin Hacını sıxmağı vaxtilə bizimkilərin digər ölkələrin güləşçilərinin başına açdığı oyunların nəticəsi idi. Çətin olsa da deməliyəm ki, ilahi ədalət yerini tapır.

Hacıya qarşı Tokioda daha betər haqsızlıq olsaydı, mən bunu vaxtilə Azərbaycan Güləş Federasiyasının başında duran şəxslərin başımıza gətirdikləri ilə müqayisədə toy-bayram kimi qəbul edərdim. Biz bu yerlərə çox keşməkeşli yollardan keçərək, böyük məhrumiyyətlər hesabına gəlmişik.

Ancaq hər şeyə rəğmən, bizə dəstək olan insanlar da olub ki, onların adını mütləq qeyd etməliyəm. Çevik polis alayının komandiri, çox hörmətli Səhlab Bağırov mənim uşaqlıq dostumdur. Onunla bir yerdə böyümüşük. Səhlab müəllim Hacıya hər zaman əmilik edib. Ona hər cür köməklik göstərib, dayaq durub. Həmçinin millət vəkili Adil Əliyev öz dəstəyini əsirgəməyib".

A.Əliyev Hacının ötən il gözündən aldığı zədənin Olimpiadadakı çıxışına təsirindən danışıb: "Keçən il Belqradda keçirilən dünya kubokunda Hacı gözündən çox ciddi xəsarət almışdı. Gözünün biri tamam tutulmuşdu. 4 saatdan çox çəkən ağır əməliyyat keçirdi. İndi də bir gözünün görmə qabiliyyəti 30-35 faizdir. Çox adam bunu bilmir. 

Əməliyyatdan sonra məsləhət görmüşdüm ki, bu günə qədər etdikləri ilə kifayətlənib idmanı buraxsın. Amma razılaşmadı. Dedi, bura qədər gəlmişəmsə, bir gözlə də olsa Olimpiadaya da gedəcəyəm, orada bayrağı dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm. Dedi, mənim etdiklərim Qarabağda vuruşan əsgərlərin fədakarlığı qarşısında heç nədir. O zədə ilə Hacı Olimpiya Oyunlarında medal alıbsa, çox böyük işdir. Hacı bu gün idmanın qazisi, şəhididir".

Hazırda "Neftçi" İdman Klubunda məşqçi işləyən Əliyev Azərbaycan güləşinin gələcəyinə də toxunub. Respublikanın əməkdar məşqçisi ölkə güləşinin uçurum astanasında olduğunu deyib: "İndiki şəraitdə Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Ağahüseyn Mustafayev kimi güləşçilərin yetişməsi mümkünsüzdür. Başlar pul yeyintisinə qarışıb. Ümumiyyətlə, ölkədə uşaq idmanı məhv olub. Halbuki dövlət başçımızın idmana göstərdiyi qayğı dünyanın heç bir yerində yoxdur.

İndi yeniyetmə və gənclərdə nə qədər dünya və Avropa çempionatları olursa, bizimkilər ordan çempionluq, medalla qayıdır. Amma fakt budur ki, əksəriyyət etibarilə nə yeniyetməsi həqiqətən yeniyetmədir, nə gənci. Ona görədir ki, böyüklərin yarışında heç nə edə bilmirlər. Həqiqi potensialları üzə çıxır.

Ölkədə ciddi idman islahatlarına ehtiyac var. Yoxsa bu gedişlə biz Hacı, Cəbrayıl, Toğrul kimi güləşçilərin, eləcə də digər növlərdən olan məşhur idmançılarımızın, Olimpiya çempionlarının davamçılarını çətin görək. İllərini bu işə sərf etmiş adam kimi indiki durum mənim ürəyimi ağrıdır. İdmanla məşğul olan uşaqların əksəriyyəti kasıb, bir qismi orta təbəqənin uşaqlarıdır. Ayrı-ayrı yerlərdə zallara bir varlı adamın uşağı gələndə hamı sevinir ki, ay Allah, sənə şükür, bəlkə, bizim üstümüzə düşən yük azalar. Hamını idmandan iyrəndiriblər".
 
Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X