Azərbaycan Üzgüçülük Federasiyası yığmanın ukraynalı məşqçisi Sergey Bondarla yollarını ayırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, millinin üzvü Maksim Şemberevin də maaşı kəsilib.
Qurum ukraynalı legionerlə müqavilənin müddətini uzatmaq istəmir.
Buna səbəb Şemberevin Tokio 2020-də uğursuz çıxışıdır.
Belə ki, 28 yaşlı idmançı Olimpiya Oyunlarında 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 26-cı yeri tutub.
Qeyd edək ki, Bondar həm də Şemberevin şəxsi məşqçisidir.
Sahib Əsədbəyli