14:54 13.08.2021 783

Millimizin kapitanı karyerasını başa vurdu

Bakı Olimpiya Stadionunda yerləşən Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. 

Fanat.Az Azərbaycan Cüdo Federasiyanın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, vitse-prezident Sadıq Sadıqov təqdimat mərasimində çıxış edərək millinin heyətində gənc, perspektivli cüdoçuların çox olduğunu, eyni zamanda yeni məşqçilər heyətinin də kifayət qədər təcrübəli olduğunu söyləyib və bu səbəbdən komandada sağlam rəqabətin yaranacağına inandığını bildirib. 

Kişilərdən ibarət millimizin sabiq baş məşqçisi Ruslan Maşurenko komanda ilə vidalaşıb. O, yeni məşqçilər heyətinə və cüdoçulara uğur diləyib.

Sonra tanınmış cüdo mütəxəssisi, federasiyanın Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə çıxış edərək yeni məşqçilər heyətinə, komandaya bir ağsaqqal kimi öz  xeyir-duasını verib, müvəffəqiyyət arzulayıb. Təcrübəli mütəxəssis cüdoçularımızın 2024-cü ildə Parisdə keçiriləcək növbəti Olimpiya Oyunlarında daha yaxşı nəticələr göstərəcəklərinə inandığını  ifadə edib. 

Milli komandamızın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib.

Təcrübəli cüdoçumuz, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurduğuna görə, milli komandaya yeni kapitan seçilib. Avropa çempionu, iki dəfə dünya çempionatının və Rio Olimpiadasının mükafatçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət milli komandanın kapitanı olacaq.

 Təqdimat mərasimində federasiyanın baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.

Xatırladaq ki, yeni məşqçilər heyətində Mövlud Mirəliyevlə yanaşı Elçin İsmayılov, Zaur Babayev, Elxan Rəcəbli, Şümşat Bəhramov və İlham Məmmədov yer alıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

01 Yanvar 1970
04:00

04:00

04:00

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X