13:24 23.08.2021 472

Cüdoçularımızın mövqeyində ciddi dəyişikliklər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini dərc edib.

Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində diqqətçəkən dəyişikliklər baş verib.

Tokio 2020 təmsilçilərimizdən Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) yeddi pillə irəliləyərək müvafiq olaraq 12 və 16-cı yerdə qərarlaşıblar. Mövqeyini hərəyə dörd pillə yaxşılaşdıran Orxan Səfərov (66 kq) 12-ci, Məmmədəli Mehdiyev (90 kq) 11-cidir. Zelim Kotsoyev (100 kq) isə 9-cu yerdən altıncı sıraya yüksəlib. Millimizin kapitanı Rüstəm Orucovun (73 kq) mövqeyi isə pisləşib. Olimpiadanı beşinci sırada tamamlayan titullu cüdoçumuz bir pillə geriləyərək dördüncü yerdə qərar tutub. Həmçinin Uşanqi Kokauri (+100 kq) altı pillə arxaya düşüb. Komandamızın gürcü legioneri hazırda sıralamanın 24-cüsüdür.

Olimpiadaya qatılmayan kişi cüdoçularımızdan Davud Məmmədsoy (60 kq) 12 pillə irəliləyərək 23-cü yerə qalxıbsa, Elmar Qasımov (100 kq) 11-ci sıradan 19-a düşüb. Hidayət Heydərov isə 17 pillə geriləyərək 73 kiloqram çəki dərəcəsində 30-cu yerdə qərar tutub.

Qadın cüdoçularımıza gəlincə, Tokio 2020-nin bürünc mükafatçısı İrina Kindzerska (+78 kq) dörd pillə geriləyib. Ukraynalı legioner yeddinci yerdədir. Əvəzində 48 kiloqramdakı təmsilçilərimiz irəliləyişə nail olub. Leyla Əliyeva 15, Aişə Qurbanlı 2 pillə qabağa düşməklə, müvafiq olaraq, 23 və 33-cü sıradadırlar.

Qeyd edək ki, reytinq xalları hesablanarkən idmançıların son bir il ərzində əldə etdiyi nəticələr əsas götürülür. Əvvəlki 12 ayda qazanılan xallar isə yarılanır.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

Facebookdan bizi izləməyi unutmayın.
X