15:41 12.10.2021 778

"De Byaziyə "Çao" deməyin vaxtı gəlib" - SORĞU

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda Serbiya yığmasının qonağı olacaq. 

3 gün öncə öz meydanında İrlandiya seçməsinə 0:3 hesabı ilə məğlub olan millimizə ümidlər aşağıdır. Komandanın baş məşqçisi italiyalı mütəxəssis Canni De Byazi ilə də vidalaşmaq vaxtı gəlib çatıb. 

Bu fikirləri Fanat.Az-a idman jurnalistləri millimizin çıxışını və bugünkü oyunda şanslarını dəyərləndirərkən deyiblər. 

Kənan Məstəliyev: "İrlandiya ilə matç böyük bir rəzalət, hətta deyərdim faciə idi. Ruhsuz futbolçular, tamamilə işindən xəbəri olmayan məşqçi, ümumi mənfi ab-hava, gücsüzlüyümüz, hamısı bir yerdə bu yenilgiyə səbəb oldu. Xüsusilə Canni De Byazi işinin öhdəsindən gələ bilməyən, hətta deyərdim, tamamilə nə etdiyindən özü də xəbərsiz biri kimi göründü. Start heyətində 5 müdafiəçi ilə çıxıb, cinah müdafiəçilərinə lazımi alternativ hazırlamaması, bununla da rəqibin əsas qüvvəsi olan "ikinci mərtəbə" futbolunun qarşısının alına bilinməməsi, rəqibin ucaboy və atletik müdafiəçilərinə qarşı bu baxımdan xüsusilə seçilməyən Mahir Emrelinin oynadılaraq demək olar ki, məhv edilməsi, ilk qoldakı səhvdən nəticə çıxarılmayaraq ikincinin də eyni nöqtədən və eyni cür vurulmasının qarşısının alınmaması və bir çox başqa məqamlar məşqçi işinin sıfır olmasına işarə və sübutdur.

Bununla yanaşı, yetəri motivasiyanın olmaması, texniki heyətlə futbolçular arasında əlaqənin yoxluğu da öz damğasını vurdu. Uzun illərdir davam edən fiasko zamanı idarəçilərdən başqa hər kəsin dəyişməsi, ancaq hər şeyin eyni cür qalması yalnız bir şeyi göstərir: ölkə futbolunda idarəetmə ən pis vəziyyətdədir. Ciddi islahatlara ehtiyac var. Yoxsa biz belə yenilgiləri hələ uzun illər də görməyə davam edəcəyik. Bu gün də həmçinin.

Coşqun Eldaroğlu: "Milli tarixinin ən aciz dövrlərindən birini yaşayır. Bu həqiqət  milli lap bu gün qalib gəlsə də, dəyişməyəcək. Əcnəbi məşqçiləri ard-arda sınamaq da komandanı xilas etməyəcək. Sanki hər şey kökündən dəyişməlidir. Futbol bir neçə nəfərin inhisarında olan biznes sektoru statusundan çıxmalıdır".

Vüqar Məmmədov: "Millimizim oyununa ümumi baxsaq, zənnimcə, 10 il, 20 il,30 il əvvəlki ilə müqayisədə ciddi bir irəliləyiş yoxdur. Ayrıca İrlandiya ilə oyuna baxdıqda isə düşünürəm ki, birinci hissə yaxşı oynadıq. Sadəcə iki dənə şanssız qol buraxdıq, hansı ki, bu cür zərbələri başqa oyunlarda qapıçılarımız dəfələrlə çıxarıb. Düşünürəm ki, həmin topları qapıçı dəf etməyə borclu idi. Razıyam ki, çətin toplar idi. Amma Şah da ölkənin bi nömrəsidir. İkinci hissədə isə rəqibin qol vurmaq imkanları birinci hissəyə nisbətdə daha çox oldu. Sadəcə birindən yararlandı.

Ümumiyyətlə, hiss olunurdu ki, rəqib bizim komandanı, həm oyunçuların üstün və zəif cəhətlərini ayrı-ayrılıqda, həm də komanda şəklində oynadığı taktikanı diqqətlə öyrənib və buna qarşı bütün tədbirləri görüblər.

De Byazi düşünürəm ki, gəlmiş getmiş özündən əvvəlki məşqçilərdən fərqlənməyəcək. Yəni ciddi bir irəliləyişə nail ola bilməyəcək. Çünki əlindəki "material" yaxşı "əsər" yaratmağa imkan vermir.

Tərlan Şahinoğlu: "Milli ilə bağlı fikrim odur ki, görünür hazırki baş məşqçi ilə müsbət nəticələr qazana bilməyəcəyik. Komandamız çox müdafiəyə meyilli oynayır. Bir çox matçda start heyətində 6 müdafiəyə meyilli oyunçu ilə meydana çıxırıq. Acınacaqlı hal odur ki, buna baxmayaraq yenə də qapımızı toxunulmaz saxlaya bilmirik. Belə olan halda müdafiəyə bu qədər çəkilməyin də mənası qalmır. Daha kreativ, ağıllı hücum qurmaq üzərində işləmək lazımdır. Emin Mahmudov, Namiq Ələskərov, Ramil Şeydayev və nəhayət Mahir Emreli kimi futbolçularla hücum xəttində daha effektiv olmaq olar. Adını çəkdiyim oyunçular heç də zəif oyunçular deyil. Uzun sözün qısası mən başlıca problemi senyor Canni De Byazidə görürəm. Artıq ona "Çao" deməyin vaxtı gəlib. Oyunçu seçimlərində də səhvlər var. Məsələn, onun Əli Qurbani sevdası bizi çox geri saldı.

Sırf İrlandiya komandasına qarşı oyuna gəldikdə isə, onu deyə bilərəm ki, əslində yaxşı nəticə əldə etmək olardı. Çünki İrland futbolu hazırda eniş dövrünü yaşayır. Həm müstəqil İrlandiya, həm də Şimali İrlandiya seçmələri son Avropa çempionatından kənarda qalmışdılar. Millimiz Dublin şəhərindəki səfər matçında son rəqibi ilə heç heçə etsə də, Bakıda biabırçı oyunla məğlub oldu. Qapıçımız Şahruddin də təəssüf ki, günündə deyildi. Düşünürəm ki, Kallum Robinsonun vurduğu ikinci topu qaytarmaq olardı. Həm də vurğulamaq lazımdır ki,  hazırda İrlandiya millisinin şərəfini qoruyan futbolçuların əksəriyyətində  oyun praktikası problemi var. Çünki oynadıqları klublarda bəzilərini çıxmaq şərtilə, çoxu əsas heyətə düşməkdə çətinlik çəkir. Bu da qarşılaşmadan əvvəl bizim üçün üstünlük kimi görsənsə də, təəssüflər olsun ki, onlara meydanda istədiklərini etməyə imkan verdik.

Serbiya ilə görüşə gəlincə isə, etiraf edim ki, müsbət nəticə gözləmirəm. Böyük ehtimalla məğlub olacağıq. Ümidim sadəcə layiqli müqavimət göstərməyimizədir. Azərbaycan futbolunun inkişafı və dirçəlişi üçün ümumi dəyişikliklərə və "refresh"ə ehtiyac var".

Qeyd edək ki, Serbiya - Azərbaycan matçı bu axşam Bakı vaxtı ilə 22:45-də start götürəcək. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X