Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke 04”ün ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Düsseldorf “Fortuna”sının ikinci komandasına 1:5 hesabıyla uduzub.
Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
“Şalke II” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.