Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb.
Bursa təmsilçisi öz meydanında “Boluspor”u 3:1 hesabıyla yenib.
Start "11-lik"də yer alan Namik 87-ci dəqiqədə əvəzlənib. Komandasının 3-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini azərbaycanlı oyunçu verib.
Həmin oyunun videoicmalını təqdim edirik:
9 tura 8 xal yığa bilən “Bursaspor” 19 kollektiv arasında 16-cı pillədə mövqe tutub.
Nihat