19:03 07.11.2021 586

\"Böyük Dəbilqə\": Millimizdən \"gümüş\" və \"bürünc\"

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 100 kiloqramdan ağır çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legioner almaniyalı Sven Heynleni "ippon" xalı ilə məğlub edərək turnirdə üçüncü yerin sahib olub.

"Bürünc" görüşünə çıxan digər təmsilçimiz Adil Kərimli (100 kq) isə gürcüstanlı Onise Saneblidzeyə uduzaraq beşinci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan yığması son yarış gününü 1 gümüş, 1 bürünc medalla başa vurub.

Ümumilikdə komandamızın Bakı "Böyük Dəbilqə"sindən qazancı 1 qızıl, 2 gümüş və 4 bürünc medal olub.

Kişilərin 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ölkəmizin hesabına gümüş medalları Məmmədəli Mehdiyev (90 kq) və qadın cüdoçu Munxtsedev İçinxorlu (57 kq) yazdırıb. Rövşən Əliyev (60 kq) ilk, Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) isə ikinci yarış günündə bürünc mükafat qazanıblar.

*** 17:29

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa mükafatçımız yaponiyalı Kosuke Maşiyama ilə qarşılaşıb.

Duel rəqibin qələbəsi ilə yekunlaşıb.

Beləliklə, 28 yaşlı idmançımız gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, bu gün millimizin digər üzvləri Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. 

*** 15:18

Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin son günündə 9 kişi cüdoçumuz mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ardıcıl Con Ceyn (ABŞ) və Qoki Tajimanı (Yaponiya) məğlub edərək yarımfinala yüksəlib  Burada gürcüstanlı Luka Maysuradze ilə üz-üzə gələn ikiqat Avropa mükafatçımız rəqibini "vaza-ari" xalı ilə üstələyək finala vəsiqə qazanıb. 

28 yaşlı idmançımızın həlledici qarşılaşmadakı rəqibi Yaponiyanın digər təmsilçisi Kosuke Maşiyama olacaq.

Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar. Kərimli Onise Saneblidze (Gürcüstan), Kokauri Sven Haynle (Almaniya) ilə münasibətləri aydınlaşdıracaq.

Ruslan Nəsirli, Kənan Abdullaxanlı (hər ikisi 100 kq), Hüseyn Məmmədov, Camal Feyziyev (hər ikisi +100 kq) ilk, Rüfət İsmayılov ilə Vüqar Talıbov (hər ikisi 90 kq) isə təsəlliverici mərhələdə mübarizəni dayandırıblar.

Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

***

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son yarış günündə kişilərin 90, 100, +100 kq, qadınların 78 və +78 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşəcək.

Azərbaycanın son 9 təmsilçisi də bu gün tatami üzərinə çıxacaq. 

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək. Final seansı 17:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki iki gündə mübarizə aparan cüdoçularımızdan Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Munxtsedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Kişilər 

90 kq

1/8 final. Məmmədəli Mehdiyev - Tengiz Batsayxan (Monqolustan) / Con Ceyn (ABŞ) cütünün qalibi

1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)


100 kq

1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)

1/8 final. Kənan Abdullaxanlı - Onise Saneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov - Tiaqo Palmini (Braziliya)

1/4 final. Uşanqi Kokauri - Camal Feyziyev (Azərbaycan) / Tatsuru Saito (Yaponiya) cütünün qalibi

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:03

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

Facebookdan bizi izləməyi unutmayın.
X