20:09 24.11.2021 927

"Qarabağ"a qarşı qapalı oyuna üstünlük verəcəyik" - Henninq Berq

"Bu qarşılaşma bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq".

Fanat.Az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq deyib.

Norveçli çalışdırıcı Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə qatıldığı mətbuat konfransında belə danışıb:

"Komandamızın əlavə motivasiyaya ehtiyacı yoxdur. Güclü kollektivik, yaxşı azarkeş dəstəyimiz var. Nikoasiyadakı matçın ilk 5 dəqiqəsi bizim üçün çox yaxşı keçmişdi. "Qarabağ"ın qrupda 1 və ya 2-ci yeri tutacağını bilirik. "Qarabağ" əla komandadır. Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq".

52 yaşlı baş məşqçinin sözlərinə görə, "Omoniya" üçün hər bir oyun vacibdir: "Daha öncə qarşımıza qrup mərhələsinə vəsiqə qazanmağı məqsəd qoymuşduq. Buna da nail olduq. İndiki məqamda ölkə çempionatı bizim üçün daha önəmlidir. Bununla belə, sabahkı matça barmaqarası yanaşmayacağıq. Evdə İsveçrə "Bazel"inə qarşı yaxşı çıxış etmişdik. Düzdür, bu oyun daha çətin olacaq. Amma meydana uduzmaq üçün çıxmayacağıq".

Berq sabahkı matçın start heyətini açıqlamayıb: "İndidən kimlərin oynayacağını deyə bilmərəm. Daim daha yaxşı olmağa çalışırıq. Bu üzdən də öz üzərimizdə işləyirik".

O, heyətdəki zədəli futbolçuların durumuna da toxunub: "Fuad Başiru və Fabianonun oynaması sual altındadır. Amma hər ikisi komanda ilə birlikdə məşq etməyə hazır vəziyyətdə olacaq".

Mütəxəssis sonda Azərbaycan və Kipr futbolunu müqayisə etmək istəmədiyini deyib: "Yalnız "Qarabağ" haqqında onu deyə bilərəm ki, Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər. Rəqibimiz hücum futbolu və sürətli oyun sərgiləyir. Onların oyunu mənə "Omoniya"nın bir neçə il öncə avrokuboklardakı çıxışını xatırladır".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
16:45

U-15 UEFA İnkişaf Turnirində iştirak edəcək

16:27

2-ci Liqada 1-ci turun cütlükləri bəlli oldu

16:08

"Real Madrid" iki yeni futbolçu üçün 180 milyon avrodan çox pul xərcləyəcək

15:50

"Danimarka çempionu "Sabah"ın bu yay qarşılaşdığı əvvəlki rəqiblərdən üstün kollektivdir" - Samir Əliyev

15:31

"Kəpəz" Ümid Səmədovla müqavilə yenilədi

15:16

"Baxışa 4 legioner, təxminən 10 yerli futbolçu çağırılıb" - "Mingəçevir"in təsisçisi

14:57

"Mingəçevir" yeni sponsorla anlaşdı, Sultanov komandaya baş məşqçi təyin edildi

14:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:28

Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

14:10

"Sumqayıt" yeni transferini açıqladı

13:53

İkinci Liqanın püşkü atılır

13:35

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

13:17

KL: Bu gün 2 oyun keçiriləcək

12:59

Neymar qalmaqal yaratdı, klub prezidenti onu "təlxək" adlandırdı - VİDEO

12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X