17:15 12.12.2021 1155

"Demişdim ki, nəyin bahasına olur-olsun onu udmalıyam" - MÜSAHİBƏ

Cüdo üzrə Azərbaycan millisinin üzvü Rüstəm Orucov Fanat.Az-a müsahibə verib.

Fransanın paytaxtı Parisdə keçirilən Avropa Çempionlar Liqasında Serbiyanın "Srvena Zvezda" klubunun heyətində gümüş medal qazanan titullu idmançı yarış haqda təəssüratlarını bölüşüb.

- Çıxışın ümumilikdə turnir barədə ətraflı məlumat verərsən.

- Kişilərdə 7 klub yarışırdı. Say az olsa da, turnirin adından göründüyü kimi, hamısı güclü komandalar idi. Çoxunun heyətində Olimpiya, dünya, Avropa çempionları çıxış edirdi. Komanda üç görüş keçirdi. Əvvəlcə fransalı cüdoçunu uddum. Ardınca Gürcüstan klubu ilə görüşdük. Mən gürcüstanlı Olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvili ilə qarşılaşırdım. Sözün açığı, milli səviyyəsində yarış deyildi deyə, elə ciddi yanaşmırdım. Amma demişdim ki, Laşa ilə düşsəm, nəyin bahasına olur-olsun onu udmalıyam. Dəfələrlə qarşılaşmışıq, o, çox titullu idmançı olsa da, döyüşlərin əksəriyyətində mən udmuşam. Amma bundan əvvəlki yarışda - son Avropa çempionatında uduzmuşdum. Sonra o, dünya çempionu, Olimpiya finalçısı oldu. Mən isə Olimpiadada medalsız qaldım. Bu mənə bir az yer elədi. Bu səbəblərdən görüş mənim üçün bir qədər prinsipial xarakter daşıyırdı. Laşa "vaza-ari" xalı aldıqdan sonra döyüşdən yayınmağa başladı. Belədə üç "şido" verdirib qələbə qazandım.

- 2016- ildə Kazanda keçirilən Avropa çempionatının finalındakı ssenari təkrarlanıb.

- Hə. Amma bu dəfə daha bərk qaçırdı (gülür).

Finalda Rusiya klubundan yerli idmançı Maxmadbek Maxmadbekova "qızıl xal"da uduzdum. Həmin idmançı Bakıdakı son "Böyük Dəbilqə"nin qalibi olmuşdu. Ancaq deyim ki, yaxşı formada olsam, görüşü rahatlıqla uda bilərdim.

- Olimpiadadakı uğursuzluqdan sonra ilk nəticəndir. Bir növ geridönüş kimi qələmə vermək olar, yoxsa buna hələ var?

- Mənə çox böyük motivasiya oldu. Olimpiadadan sonrakı dörd aydan çox müddətdə demək olar ki, məşq eləməmişəm. Bu hazırlıqla belə güləşə bilirəmsə, deməli, qarşıdakı tsikldə mübarizə aparmaq gücüm var. Ancaq bunu da deməliyəm ki, Laşa istisna olmaqla, Olimpiadada yer tutan idmançıların əksəriyyəti bu yarışa formada gəlməmişdi.

- Azərbaycan cüdoya böyük diqqət ayrılan ölkələr arasındadır. Ancaq maraqlıdır ki, bu tip yarışlarda öz klubumuzu görmürük. Necə bilirsən, nəhayət, olmalıdırmı?

- Təbii ki, istərdim, bizim də klubumuz iştirak eləsin. Yunanıstanın, Serbiyanın, Gürcüstanın varsa, niyə bizim komandamız da olmasın. Düzdür, bir qədər maliyyə tələb edir. Amma gürcülərdəki kimi, biz də elə öz yığma üzvlərimizlə təmsil oluna bilərik.

- Yanvardan reytinq turnirləri başlayır. Səni ilk hansı yarışda görə biləcəyik?

- Açığı, indi daha çox əvvəlki formaya qayıtmaq haqqında düşünürəm. Formada olmaya-olmaya reytinq turnirlərinə getməyin bir adı yoxdur. Çiynim də zədəlidir. Yəqin ki, fevraldakı Paris "Böyük Dəbilqə"sinə kimi qaydaya düşər.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

Facebookdan bizi izləməyi unutmayın.
X