13:31 08.01.2022 337

“Ürəklə məşq etsək, canımızı meydanda qoysaq...\" - MÜSAHİBƏ

Dekabrda “Araz-Naxçıvan”dan ayrılıb Qazaxıstanın “Bayterek” klubuna keçən Hadi Ahmadi millinin toplanışı ilə əlaqədar Bakıya dönüb.

Fanat.Az xəbər verir ki, hücumçu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- “Bayterek”də işlərin necə gedir? Yeni klubuna adaptasiya olmusanmı?
- Əlbəttə, bir ölkədən digərinə yollanmaq, fərqli şəraitə, sistemə uyğunlaşmaq asan deyil. Üstəlik, Qazaxıstanın çox soyuq olduğunu da unutmaq olmaz. Bakıda belə sərt soyuq olmur. “Bayterek”də ilk oyunum “Kayrat”a qarşı oldu. Cəmi 2 gün idi komandaya qoşulmuşdum. İlk matçda uduzsaq da, ikinci görüşdə qələbə qazandıq. Debüt etdiyim oyunda həm qol vurdum, həm də qol ötürməsi verdim. Ukraynalı baş məşqçimiz millinin heyətindəki oyunlarımı görmüşdü deyə, meydana buraxmaqda tərəddüd etmədi. Bu cür uğurlu start adaptasiya işini bir qədər yüngülləşdirdi. Tədricən uyğunlaşmağa çalışdım. Onu da qeyd edim ki, hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşsaq da, ilk 3-lükdəki komandaların hamısına qalib gəlmişik.

- Klubun şəraiti necədir?
- Yaxşıdır. Kluba məxsus oyun, fitness zalları var. Məşqlərimizi də, ev oyunlarımızı da həmin zalda keçirik. Azarkeşlər də oyunlarımızı mütəmadi izləyir. Maraq daha çoxdur. Pandemiyaya rəğmən, hər görüşdə bizi yalnız buraxmırlar. Komandada 3 iranlı futzalçının olması da mənə kömək oldu. Həm oyun stilimiz bir-birinə bənzəyir, həm də ünsiyyət qurmaq işim asan olur. Biz iranlılar bir dördlükdə yer alırıq.

- “Bayterek” 6-cı pillədədir. Mükafatçılar sırasına düşmək ehtimalı varmı?
- Pley-off sistemi ilə keçirilir çempionat. 9 komandadan 8-i pley-off-da iştirak edəcək. Bizim də bu mərhələyə düşmək şansımız yüksəkdir. Transfer dövründə heyətə yeni futzalçılar qoşulacaq. Ola bilsin, yenilər iranlılar olsun.

- Müqavilən nə vaxt başa çatacaq?
- Hazırkı anlaşmam mövsümün sonuna qədərdir. Ancaq təklif olsa, karyeramı orada davam etdirməyi düşünürəm. Hər şey məni qane edir.

- Bizim futzalçılardan kimləri xəbər alırdılar?
- Emin Kürdovu, Xətai Bağırovu, Ramiz Çovdarovu soruşurdular. Onlar müxtəlif vaxtlarda orda oynayıblar, turnirlərdə iştirak ediblər.

- Millinin toplanışı ilə əlaqədar Bakıdasan? Yəqin ki, Ukrayna ilə oyunları izləmisən?
- İzlədim və milli özünə bənzəmədi. Məncə, baş məşqçinin dediklərini icra edə bilmədi komanda yoldaşlarım. Həm də ölkə xaricində çıxış edən futzalçıların taktiki planda axsadıqlarını gördüm. Ola bilsin, az məşq ediblər və buna görə Alesionun istədiklərini icra edə bilməyiblər. Həm də bu yoldaşlıq oyunları idi. Məqsəd komandanın durumunu görmək, zəif tərəflərini müəyyənləşdirmək idi. Baş məşqçi final mərhələsinə qədər yəqin ki, aşkarladığı səhvləri, çatışmazlıqları yoluna qoyacaq.

- Qalan vaxt kifayət edəcək?
- Hər şey özümüzdən asılıdır. Ürəklə məşq etsək, canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq. Heç vaxt gec deyil.

- Final mərhələsində hansı qarşılaşmanı “kilid oyun” hesab edirsən?
- Gürcüstanla oyunu qeyd edərdim. Bu matçda qələbə qazansaq, ikinci yeri tuta bilərik. Qrupun aşkar favoriti İspaniyadır, amma biz onlara da təslim olmaq haqda düşünmürük. Əlbəttə, Bosniya və Herseqovina da zəif komanda deyil. Maraqlı final mərhələsi olacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X