Şpaqa üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Kənan Məlikzadə və Elçin Daşdəmirov Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.
Fanat.Az xəbər verir ki, qrup mərhələsini 2 qələbə ilə başa vuran şpaqaçılarımız "32-liy"ə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə məğlubiyyətlə üzləşiblər. Elçin Daşdəmirov BƏƏ-ni təmsil edən Məhəmməd Əl Maazmiyə (7:15), Kənan Məlikzadə isə isveçrəli Paskal Qrunderə (5:15) uduzub.