12:40 08.03.2022 610

"İşimiz çətin olacaq" - Ağatahir Əzimov

Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Fanat.Az xəbər verir ki, millinin baş məşqçisi Ağatahir Əzimov federasiyanın mətbuat xidmətinə müsahibə verərək hazırlıq prosesini dəyərləndirib.

- Komandada vəziyyət necədir?

- Milli martın 3-dən təlim-məşq toplanışına start verib. Gündə bir dəfə olmaqla məşq edirik. Hazırlıq keçməyimiz üçün hər cür şərait yaradılıb. Məşqlərimizi FHN-in Hövsan qəsəbəsindəki “Xilasedici” idman-sağlamlıq mərkəzində keçirik. Parket bir qədər sürüşkəndir. Görünür, hələ aşınma getməyib. Əsas milli komanda hazırlıq keçəndə də belə idi. Olsun, şikayət etmirik. Bilmək olmaz, bəlkə oyunların keçiriləcəyi arenada da örtük bu cür olacaq. Plana uyğun olaraq hazırlaşırıq.

- Taktiki, yoxsa fiziki çalışmalara üstünlük verirsiniz?

- Fiziki hazırlıq keçmək üçün gecdir. Əslində, bunu fevralda etməyi düşünürdük. Onda həm də Yüksək Liqada fasilə yaranmışdı. Sadəcə, əksər oyunçular xəstələndiyinə görə, həmin toplanışı ləğv etmək məcburiyyətində qaldıq. İndi isə sırf taktiki çalışmalara üstünlük veririk. Fiziki hazırlıq keçmək üçün vaxtımız yoxdur. Yüksək Liqanın oyunlarında iştirak etməyimiz də yaxşı haldır. Martın 11-də güclü rəqiblə oynayacağıq. EKOL-la görüşdə keçdiyimiz məşqlərin nəticəsini yoxlayacağıq ki, hansı element alınır, nədə axsayırıq.

- Zədəsi olan futzalçı varmı?

- Asiman Yusubov təxminən 15 gün əvvəl zədələndi və onun beynəlxalq oyunlarda bizə kömək etməyəcəyi dəqiqdir. Bir-iki futzalçımızda isə yüngül zədələr var, amma onlar qarşıdakı matçlarda meydana çıxa biləcəklər..

- Yığmanın yer aldığı qrupun təqvimində dəyişiklik edildi. Bununla bağlı nə düşünürsünüz?

- Belarusun yarışda iştirak edə bilməyəcəyi açıqlandı. Onlar hava məkanı bağlı olduğuna görə Xorvatiyaya gələ bilməyəcəklər. Halbuki təqvimə əsasən, ilk matçda onlarla qarşılaşmalı idik.

- Bu amil planlarınıza necə təsir etdi?

- Martın 14-də səfərə çıxmalı idik, amma Belarusun turnirə qatılmayacağı açıqlandıqdan sonra gediş tarixində dəyişiklik edildi. Komanda martın 15-də Bakını tərk edəcək. Martın 17-18-də müvafiq olaraq, Xorvatiya və Latviya ilə qarşılaşacağıq. Ayın 19-da isə Bakıya dönəcəyik. Bu yaş qrupu nə qədər çox oyun keçirsə, təcrübə toplamaq baxımından əhəmiyyətlidir. Hadisələr elə cərəyan etdi ki, bir komanda yarışdan kənarda qaldı.

- Rəqibləri analiz etmisiniz?

- Hamısının oyunlarını canlı olmasa da, videoyazı şəklində izləmişəm. Güclü rəqiblərdir. Real yanaşsaq, işimiz çətin olacaq. Xorvatiyada uşaq futzal məktəbləri var, bir nəsil gedir, digəri gəlir. Latviya da ciddi hazırlaşır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
18:09

Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

18:01

MPL: "Kəpəz" "Turan Tovuz"u qəbul edir - YENİLƏNİR

17:34

Qriliş köhnə komandasına geri dönə bilər

17:12

Xulian Alvares "Atletiko Madrid"in məşqlərinə qayıtdı

16:39

"Xankəndi" yarımmüdafiəçini heyətinə qatdı

16:21

Mourinyu "Qızıl top"un Mbappeyə verilməli olduğunu düşünür

15:51

Kanada millisinin hücumçusu İspaniya nəhənginə keçə bilər

15:13

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

14:47

"Fənərbağça"dan ayrılan Amrabatın yeni klubu müəyyənləşdi

14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

Facebookdan bizi izləməyi unutmayın.
X