Meksika Futbol Federasiyası çempionatın 9-cu turunun "Keretaro" - "Atlas" matçında baş verən iğtişaşla bağlı sərt tədbirlərə əl atıb.
Fanat.Az xəbər verir ki, qurum meydan sahibinə ağır cəza verib. "Keretaro" bir il ərzində oynayacağı şəhəri dəyişməli olacaq. Rəqiblərini neytral meydanda qəbul edəcək sözügedən komanda bütün mövsümü tamaşaçısız oynayacaq.
Bundan başqa, klub 1,5 milyon peso (120 min avro) məbləğində cərimə ödəməlidir. İğtişaş törədən azarkeşlər qarşıdakı 3 il ərzində ev oyunlarına gedə bilməyəcəklər. Növbəti 6 ay ərzində isə onlara səfər matçlarında iştirak etmək də qadağan olunub.
"Atlas"ın da azarkeşləri növbəti altı ay ərzində səfər oyunlarında iştirak edə bilməyəcəklər.
Oyunun nəticəsinə gəlincə, qonaq komandaya 3:0 hesablı texniki qələbə verilib.
Qeyd edək ki, "Atlas" 63-cü dəqiqəyə kimi 1:0 öndə idi.
Qeyd edək ki, stadionun tribunalarında, tunellərdə, paltardəyişmə otaqlarında, hətta arenadan kənarda döyüşən tərəfdarlardan 26-nın vəziyyətinin ağır olduğu bildirilir.
Mirağa