"Mançester Yunayted"in hücumçusu Markus Raşford Qətərdə keçiriləcək DÇ-2022-də İngiltərə millisinin heyətində olmaya bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu yığmanın bu ay İsveçrə və Fil Dişi Sahili ilə keçirəcəyi sınaq matçlarına dəvət almayıb.
Mənbə baş məşqçi Qaret Sautqeytin seçməyə öz klublarında daha çox oynayanları çağırmaqda maraqlı olduğunu vurğulayıb. Markusun millinin iyun və sentyabrda çıxacağı qarşılaşmalarda da iştirak etməyəcəyi, DÇ-2022-ni böyük ehtimalla, kənardan izləyəcəyi bildirilib.
Bu mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan Raşford 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat