19:00 15.03.2022 1918

"Ona demişəm ki, "qızıl"sız gəlmə" - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyevin Fanat.Az-a müsahibəsi

- Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının yekunlarını Azərbaycan millisi üçün necə dəyərləndirirsiniz?

- Öncə deyim ki, Rusiya, həmçinin Belarus və Ukrayna kimi güləş ölkələrinin qatılmaması yarışdakı rəqabət səviyyəsinə təsir etdi. Amma sərbəst güləşdən fərqli olaraq yunan-Romada bir çox çəkilərdə qitənin digər ölkələri də iddialı olurlar. Üstəlik, heyətimiz tam deyildi. Həsrət Cəfərov, Ülvi Qənizadə kimi qızıl medala real namizəd olan idmançılar müəyyən səbəblərdən bu yarışa aparılmamışdı. Nəticəni komandamız üçün uğurlu sayıram. Ümumi götürəndə, bu və daha öncəki yarışların yekunları göstərir ki, ölkədə güləş getdikcə dirçəlir. Uşaqlarda həvəs, çalışqanlıq artıb. Zəhmət olan yerdə nəticə də olacaq.

- 2 qızıl, 1 gümüş, 2 bürünc medal gözlənilən idimi?

- Açığı, mən 1 qızıl və 1 digər əyyarlı medala ümid edirdim. 

- Çempionlardan hansının nəticəsi təəccübləndirdi?

- Qızıl medala ən real namizədimiz Nihat Məmmədli idi. Xasay Həsənlinin yeni çəkidə belə güləşməsi çox xoş sürpriz oldu. Sözün düzü, Nihat da son dövrlərdə zədədən əziyyət çəkirdi deyə, bu yarışda imkanlarından aşağı çıxış etməsi istisna olunmurdu. Travmalar onu bir xeyli geri saldı. Yoxsa biz Nihatın artıq böyüklərin yarışında da sözünü deyə biləcək potensialda olduğunu düşünürdük. 

- Sərbəst güləş yığmasının məşqçisi Arif Abdullayev Plovdivdə komanda hesabında birinci yeri tutaraq tarixi uğura imza atan yığmanın 2, yaxud 3 üzvünün Budapeştdə keçiriləcək böyüklərin Avropa çempionatında da çıxış edəcəyini bildirib. Yunan-Romadan kimlərin 28 mart - 3 aprel aralığında baş tutacaq yarışa qatılması planlaşdırılıb?

- Heç kimin. Çünki əvvəlcədən nəzərdə tutulmuşdu ki, yarışlara tamamilə fərqli heyətlər yollanacaq.

- Böyüklərin Avropa çempionatına aparılacaq heyət müəyyənləşib?

- Hələ dəqiq deyil. Buna bir neçə gün sonra tam aydınlıq gələcək. Ehtimal olunan heyət 55 kq-da Eldəniz Əzizli, 60 kq-da Murad Məmmədov, 63 kq-da Taleh Məmmədov, 67 kq-da Həsrət Cəfərov və ya Namaz Rüstəmov, 72 kq-da Ülvü Qənizadə, 77 kq-da Sənan Süleymanov, 82 kq-da Rafiq Hüseynov, 87 kq-da İslam Abbasov, 97 kq-da Murad Lokyayev və 130 kq-da Beka Kandelakidən ibarətdir. 

- Rusiya idmançılarının yoxluğunda Azərbaycan yığmasının böyüklərin yarışında da yüksək, tarixi nailiyyət qazanması kifayət qədər real səslənir. Yığma Budapeştdən vətənə rekord göstərici ilə dönə bilərmi?

- Mən yarış öncəsi konkret proqnoz verməyi xoşlamıram. Amma onu deyim ki, 55 kiloqramdan 87 kiloqramadək bütün çəki dərəcələrindəki idmançılarımız qızıl medal qazanmaq gücündədir. Yəni Budapeştdə 8 "qızıl" üçün real potensialımız var. Baxır idmançılar bunu yarışda necə dəyərləndirəcək.

- Əsas "qızıl" gözləntilərinizi açıqlaya bilərsiniz?

- Eldəniz Əzizli, Murad Məmmədov, Taleh Məmmədov, Həsrət Cəfərov, Ülvü Qənizadə, Sənan Süleymanov, Rafiq Hüseynov və İslam Abbasovun hər biri qızıl medal qazana bilər. 

- Yarışa yollanacağı təqdirdə, ölkə yunan-Roma güləşinin yeni ulduzu sayılan Həsrət Cəfərovun hansı nəticə qazanması xüsusən maraq kəsb edəcək. İndiki halda AÇ-də istənilən əyyarlı medal onun üçün uğur sayıla bilərmi?

- Ona demişəm ki, "qızıl"sız geri dönmə. Böyük iddiaları olan idmançı üçün tək məqsəd qızıl medaldır. Digər əyyarlı medallar təsəlli xarakteri daşıyır. Mənim özüm nə qədər dünya və Avropa medalı qazanmışam, amma adım çəkilərkən onlar heç yada düşmür. Sadəcə, dünya və Avropa çempionu deyilir. Həsrət Budapeştə gedəcəyi təqdirdə, ancaq baş mükafat üçün güləşəcək.

- İslam Abbasovun son yarışlarda göstərdiyi çıxış diqqət çəkir. Yaş qruplarında kifayət qədər yüksək nəticələr qazanmış, dəfələrlə dünya və Avropa çempionu olmuş "klassik"imizin nəhayət, böyüklərin Avropa çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxması nə dərəcədə realdır?

- Turnirlərdəki çıxış başqadır, Avropa və dünya çempionatlarındakı başqa. İslam haqqında konkret fikir söyləmək olmur. Doğrudur, Türkiyədəki son yarışda çox yaxşı güləşdi. Zurabi Datunaşvili kimi güclü, titullu güləşçiyə qalib gəldi. Həmin xatirə turnirindəki kimi güləşsə, qızıl medal qazana bilər.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
13:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:48

Tibo Kurtua başladı

12:17

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X